Türkiyəli aktrisa Dəniz Çakır azərbaycanlı gəncin videosunu paylaşıb.
“Yarpaq dökümü” serialında Ferhunda obrazı sayəsində məşhurlaşan aktrisa azərbaycanlı Nahid Abbaszadə adlı gəncin onun haqqında hazırladığı videoya münasibət bildirib. Belə ki, Nihad Abbasov aktrisanın hazırda çəkildiyi “Eşkiya dünyaya hükümdar olmaz” serialı ilə bağlı maraqlı video düzəldib. Dəniz həmyerlimiz Nahid Abbaszadənin serialla bağlı hazırladığı videonu öz rəsmi səhifəsində izləyiciləri ilə bölüşüb. Sözügedən videonu 300 mindən çox adam izləyib. Dəniz isə “Nə şirinsiz” şərhini yazıb.
Yeri gəlmişkən qeyd edək ki, həmin video ilə bağlı Türkiyənin ATV kanalı da sujet hazırlayıb.
Publika.az-a açıqlama verən Nahid Abbaszadə sevdiyi aktrisa tərəfindən onun üçün hazırladığın işin qiymətləndirilməsinin çoz gözəl hiss olduğunu etiraf edib:
“Dəniz xanımın bu jesti məni çox sevindirdi. O burda çox məşhurdur, bəlkə də ona her gün minlərlə insan yazır. Bu yaxınlarda hər kəs mənə Deniz Çakırın öz səhifəsində videomu paylaşıldığını söylədi. Hətta daha sonra hazırladığım bu video “Atv Magazin” programında da yayımlandı”.
Bundan başqa Nahid "Kara Sevda", "İçeride" serialları haqqında da videolar hazırlayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub