2014-cü ildə Rusiyada keçirilən gözəllik müsabiqəsinə qatılan və ikinci yeri tutan 20 yaşlı Anastasiya Reşetova etirafları ilə gündəmə gəlib.
Gözəlliyi ilə kişiləri özünə heyran edən model bildirib ki, uşaqlıqda çirkin olduğuna görə ələ salınıb.
"Məktəbdə oxuyanda uzun boylu, arıq və uzun çənəli olduğuma görə sinif yoldaşlarım məni ələ salırdı. Hətta bir dəfə üzümə cırmaq da atmışdılar. Bunları hər kəsdən gizlətmişəm".
Qeyd edək ki, o, Rusiyadakı gözəllik müsabiqəsinə qatıldıqdan sonra ölkəsini Avropa gözəllik müsabiqəsində də təmsil edib.