Hollivud ulduzlarının heç də hər biri ideal bədən quruluşuna sahib deyil. Lakin onlar bunu bizim kimi qloballaşdırıb cərrahiyyə masasına yatmır. Kompleksiz yaşayan məşhur simalar bəlkə heç özləri belə bunun fəqinə varmayıblar.
Kompleksiz 10 hollivud ulduzunun siyahısını təqdim edirik.
Kira Naytli tez-tez döşlərinə görə tənqid olunur. Lakin cazibədar aktrisa buna ehtiyac duymadığını və bədən quruluşunun onu qane etdiyini bildirir.
Beyons ən çox ayaqlarına görə müzakirə obyektinə çevrilir. Uzun müddətli rəqs dərsləri nəticəsində müğənninin ayaqlarında əzələlər bərkiyib. Lakin pərəstişkarları onu hər halı ilə sevir və izləyir.
Dryu Berrimor istirahət edərkən paparatzilərə yaxalanmışdı. Çimərlik geyimində olan aktrisanın qarın nahiyəsindəki artıq çəkiləri diqqətdən qaçmayıb.
Kristina Aqilera cazibədar bədən quruluşu ilə kişilərin ağlını başından alır. Lakin çox az insan bilir ki, diva ayaqlarının qısa olmasını özünə kompleks edir.
Qvinet Peltroy əvvələr artıq çəkidən əziyyət çəkib. İndiki bədən ölçülərinə baxsanız, buna inanmaq çətindir.
Eva Lonqariya demək olar ki, ideal bədən quruluşa malikdir. Lakin pərəstişkarların fikrincə, ombasının quruluşu bu vəhdəti pozur.
Skarlet Yoxanson bütün kişilərin arzusunda olduğu qadın obrazlarının bəlkə də cəmidir. Lakin gözəl aktrisa üz quruluşunun nisbətən uzun olmasından kompleks duyur.
Karolina Kurkova model həmkarları arasında belinin incəliyi ilə seçilir. Onun demək olar ki, göbəyi yoxdur. Tez-tez brend geyimlərin təqdimatına çəkiliş alan model ilə işləmək fotoqraflara zövq verir.
Viktoriya Bekham ən kompleksli məşhurdur. O gah artıq çəkidən, gah da boy ölçülərindən şikayətlənir. Kamera qarşısında heç vaxt gülümsəməyən moda ikonası dişlərindən belə narazıdır.
Meraya Keri sinəsinin ölçülərini kompleks edir. Pərəstişkarları isə onu cazibədar və seksual göstərən bu cəhətini sevir. O, kompleks ucbatından həmişə iri həcmli aksesuarlardan istifadə edir.