Uca Allah buyurmuşdur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).
Mynews.az zikr.az-a istinadən bildirir ki, ayədə "Onlardan uzaq durun" əmri var. Bu səbəbdən peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sərxoşedici şeylərlə əlaqədar olaraq 10 nəfərə lənət edib: "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana". (Tirmizi, Sehr, 59; Əbu Davud, Əşribə, 2).
Peyğəmbər demişdir: "Uca Allah bir qövmə bir qidanı haram etmişdirsə, ondan gələn qazancı da haram etmişdir". (Əbu Dəvud).
Bir dəfə Tariq ibn Suveyd adlı şəxs həzrəti peyğəmbərdən (sallallahu aleyhi və səlləm) içki barədə sual soruşdu. O da bunu ona qadağan etdi. Tariq dedi ki, mən içkidən ancaq dərman vasitəsi kimi istifadə edəcəyəm. Peyğəmbər buyurdu: "O, dərman deyil! Dərddir!" (Muslim, Əşribə, 12 (1984); Əbu Dəvud, Tibb, 11)
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub