Yeni açıqlanan sənədlərdə Ağ Evdə işləyən180-ə yaxın insanın maddi varlıqları bağlı məlumatlar ictimaiyyət ilə paylaşılıb. Başda ABŞ Prezidentinin qızı İvanka ilə kürəkəni Kuşner olmaq üzrə Trumpın yaxın qrupunda yer alan başstratejist Stiv Bannon, Milli İqtisadiyyat Şurasının Sədri Qari Cohn və Trumpın müşavirlərindən Kellyanne Convay-ın gəlirləri və mal varlıqları ilə bağlı məlumatlar sənədlər vasitəsilə aşkara çıxıb.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin sənədlərə görə İvanka ilə Kuşnerin keçən ilki gəlirlərinin 195 milyon dollar səviyyəsində, ümumi sərvətlərinin də təxminən 740 milyon dollar səviyyəsində olduğu bildirilir. Trump kimi (Ağ Evdəki vəzifəsindən əvvəl) özü də daşınmaz əmlak sektorunda fəaliyyət göstərən Jared Kuşnerin bu sayədə ciddi bir sərvətə qovuşduğu ifadə edilir. Digər tərəfdən, Trumpın iqtisadi sahədə "Ağ Evdəki sağ əli" hesab edilən Qari Cohn da zənginlər siyahısında yer alır.
Təkcə ötən il 75 milyon dollar gəlir əldə etdiyi bildirilən keçmiş Goldman Sachs Sədri Cohnun ümumi sərvətinin 611 milyon dollara çatdığı qeyd edilib. Həmin sənədlərdə, Trumpın başstratejisti Stiv Bannonın keçən il 2,5 milyon, məsləhətçi Conway-ın də 1 milyon dollar həcmində gəlir əldə etdiyi bildirilib. ABŞ-da federal hökumətdə vəzifə almalarından dolayı Donald Trumpın yaxın ətrafındakı adların iqtisadi fəallıqları və gəlirlərilə bağlı "maraq toqquşması" mübahisələri gündəmdəki yerini qoruyur.