Bəzi ölkələrdə qolsuz köynəkdə avtomobil idarə etmək, göyərçin bəsləmək, saqqız çeynəmək belə qadağandır. Və bu qadağaları pozanlara müxtəlif formada inanılmaz cəzalar tətbiq olunur.
Mynews.az-ın Moderator.az-a istinadən təqdim etdiyi bu yazıda bəzi ölkələrdə tətbiq olunan qeyri-adi qadağalar və onların cəzaları haqqında məlumatlar əldə edəcəksiniz:
- İtaliyada göyərçin bəsləmək qadağandır. Bu qanunun ən qatı olduğu yer Venesiyadır. Göyərçinlərin tarixi tikililərə murdarlamasndan bezən rəsmilər göyərçin bəsləyənlərə 50-600 dollar məbləğində pul cəzası tətbiq ediblər.
- Tailandda üst geyimsiz maşın sürməyin cəzası 10 dollardır.
- Almaniyada benzinin yolun ortasında qurtarması qanunlara ziddir. Çünki Almaniyada şosedə "dayanmaq" qadağandır. Maşından düşüb piyada yola davam etmək istəsəniz, bu da cinayət dairəsinə girir; Çünki Almaniyada şosedə getmək də yasaq.
- Sinqapurda saqqız çeynəmək, yerlərə tüpürmək, tualetdə sifonu çəkməmək kimi davranışların hər birinin cəzası 100 dolları keçir.
- İtalyanın Reggio Qaloti şəhərində tarixi binaların pillələrində oturmaq qadağandır.
- Kanadada yağış yağarkən qazonları suvarmaq, qapı və pəncərələrin çəhrayı rəngə boyanması məcburidir.
- İsveçrədə bazar günləri paltar asmaq qadağandır.
- Amerikanın Alabama əyalətində motorlu nəqliyyat vasitəsi istifadə edən bir sürücünün göz bağı istifadə etməsi qadağandır. Şalvarın arxa cibində dondurma saxlamaq qadağandır.
- Jasper şəhərində bir kişinin həyat yoldaşını başbarmağından qalın bir dəyənəklə döyməsi qadağandır.
- Li şəhərində çərşənbə günləri günəş batdıqdan sonra fıstıq satmaq qadağandır.
- Arizona ştatında bir kaktus kəsməyin cəzası 25 ilə qədər həbsdir. Qırmızı maska ilə işlənən yüngül bir cinayət "ağır cinayət" sayılır.
- Globe şəhərində bir qızıldərili ilə küçədə kart oynamaq qadağandır.
- Haydenda dovşanları və qurbağaları narahat edənlərə pul cəzası kəsilir.
- Mohave şəhərində şorba oğurlayarkən tutulmağın cəzası şorbanı oğrunun basindan asağı tökməkdir.
- Kaliforniyada heyvanların meyxanalar və məktəblərə yaxın sahələrdə cütləşməsi qadağandır. Hərəkətdə olan bir motorlu vasitədən heyvanlara atəş açmaq qadağandır. Bu qanunun tək istisnası balinalardır.
- Arcdia şəhərində tovuzquşlarının yolda keçid üstünlüyü var.
- Los Ancelesdə bir kişinin həyat yoldaşını 5 sm-dən daha qalın bir kəmərlə döyməsi qadağandır.
- Connecticutdə velosipedi saatda 90 kilometrdən artıq sürətlə sürmək qadağandır.
- New Britain şəhərində yanğın yerinə belə getsə yanğınsöndürmə avtomobilləri saatda 40 kilometrdən artıq sürətlə hərəkət edə bilməz.
- Floridada gözəllik salonlarında qadınların fen aparatında saçları qurudularkən yatmaları qadağandır. Evli olmayan qadınların bazar günləri paraşütlə tullanması qadağandır. At oğurluğunun cəzası edamdır.
- Amerikanın Little Rok qəsəbəsində prospektdə öpüşənlər həbslə cəzalandırılır.
- Cənubi Dakotada bir ağ dərili öz evində və ya evinin ətrafında beşdən çox qızıldərili görsə, öldürə bilər. Qızıldərililər "təcavüzkar tərəf" kimi qəbul edilir.
- Ontarioda xoruzların şəhər sərhədləri daxilində banlaması qadağandır.
- Şimali Karolinada bir evdə intim münasibət olacaqsa, bütün pərdələr bağlanmalıdır. Həmçinin oral seks təbiətə qarşı törədilmiş bir cinayət sayıldığı üçün qadağandır.
- Mississipi əyalətində isə oral cinsi əlaqənin cəzası on ilə qədər həbs cəzasıdır.
- ABŞ-ın Marlandda əyalətində bir şiri kinoya aparmaq qadağandır.
- Ocean Citydə üzərkən yemək yemək qadağandır.
- Montanada bir qadının həyat yoldaşına aid bir məktubu açması ağır cinayətdir.
- Klinton ərazisində dövlətə aid bir binaya söykənmək qadağandır.
- Evreka şəhərində bığlı kişilərin qadınları öpməsi qadağandır.
- Kentucky ştatında eyni kişi ilə 4 dəfə evlənib boşanmaq qadağandır.