Mynews.az məşhur milyonçuların həyatlarındakı maraqlı faktları təqdim edir:
"Harri Potter" kitabının müəllifi Coan Roulinq bir müddət Böyük Britaniya kraliçasından da varlı olub. Yeri gəlmişkən bu qadın yazıçı kimi ilk varlanan şəxsdir. Lakin o milyarder statusunu xərcləyib. Pulunun yarısını xeyriyyə məqsədilə bağışlayıb.
Keçmiş milyarder Çak Fini (Duty Free-nin yaradıcısı) sərvətinin 99 faizini – 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib.
Milyarder Pol Qetii İtaliya mafiyası tərəfindən qaçırılan 16 yaşlı nəvəsi üçün tələb olunan 17 milyon dolları ödəməkdən imtina edib. 3 ay sonra nəvəsinin kəsilmiş qulağını poçt zərfində alan milyarder 3 milyon dollar ödəməyə razı olur. Lakin yenə də puluna qıymayıb oğrulara 2,2 milyon dollar verir. Bundan başqa, oğluna illik 4 fazilə 800 min dollar borc verib.
Siyahıda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da yer alır. D.Tramp jurnalistə qarşı 5 milyon dollar həcmində iddia qaldırıb. Buna səbəb isə jurnalistin onu milyarder deyil, milyoner adlandırması olub.
Kolumbiya narkobaronlarından olan Pablo Eskobar «karyera»sının pik dövründə pullarını bağlamaq üçün hər ay rezin iplərə 2500 dollar xərcləyirmiş. Bu milyarderin pulu hər il 10 faiz azalırdı. Çünki siçovullar pulları yeyirdi.
Telekommunikasıya sahəsi üzrə milyarder Henri Nikolas evinin altında gizli seks məkanı düzəltmişdi. Bundan başqa, milyarder təyyarədə o qədər marixuana çəkirmiş ki, pilot ayıq qalmaq üçün əleyhqaz taxırmış.
Professor Deyvid Çeriton öz şagirdlərinin ideyasını investisiya (Google) edərək milyarder olub. Dünyada ilk rəsmi milyarder Con Rokfellerin ölümündə sahib olduğu sərvətin həcmi 1,4 milyard dollar 2007-ci ilin dollar ekvivalenti ilə 663,4 milyard dollara bərabər olub.
Milyarder şeyx Həmid bin Xəlifə Əl Tani Ərəbistan səhrasındakı qeydiyyatını ləğv etdirərək kosmosda qeydiyyata düşüb.