Xərçəngdən belə qurtuldu və 3 övlad dünyaya gətirdi - FOTOLAR

734
Xərçəngdən belə qurtuldu və 3 övlad dünyaya gətirdi - FOTOLAR
Ashleyin çox xoşbəxt bir evliliyi vardı.  Üstəlik Harley adını verəcəyi  bir körpə də gözləyirdi. Doğumuna bir neçə həftə qalmış Ashley ənsə sümüyündə (gicgahında) bir şiş olduğunu gördü və həkimə getməyə qərar verdi. Ancaq bu sadə bir şişkinlik deyildi...
Həkimlər dərhal müalicəyə başladılar. Şiş bir müddət yox olsa da, yenidən göründü.
Doktorlar daha detallı incələmə apardığında bunun xərçəng olduğu və Ashleyin bədəninə yayıldığını təsbit etdilər.
Təcili kimyaterapiya müalicəsi alması lazım olsa da, bətnindəki uşağa görə bunu edə bilmədilər. 
Nəhayət, 2007-ci ildə Harvey 33 həftəliyində dünyaya gəldi. 
Bundan sonra Ashley kimyaterapiya müalicəsinə başladı.  Ancaq həkimlər çox ümidsiz idilər. Hətda bir neçə həftəlik ömrü qaldığını düşünürdülər. 
Ashley oğlunun böyüdüyünü görməyəcəyindən çox üzülürdü. Bu səbəbdən də mücadilə etməkdən vaz keçmirdi. Harveyin dünyaya gəlişi anasına güc verdi və onun həyata daha sıx bağlanmasına səbəb oldu.
Şişlər Ashleyin beyninə də yayılmışdı. Bu səbəbdən də sağ gözünü aça bilmirdi. 
Kimyaterapiyadan sonra Ashleyin saçları da tökülürdü. 
Həkimlər öncə ənsədəki şişi götürdülər. Daha sonra çənəsinə sıçrayan şiş beş həftə sonra ağciyərinə və qaraciyərinə yayılmağa başladı. Ashleyin vaxtı daralırdı. 
Ashley yüksək dozada kimyaterapiya müalicəsi aldı.  Həkimlər beyindəki şişə müdaxilə edə bilmirdi və tək  ümidləri kimyaterapiyaya qalmışdı. 
Ashley bu arada körpəsi, ailəsi, və yaxın rəfiqələri ilə mümkün qədər çox zaman keçirməyə çalışırdı. 
Birdən bir möcüzə baş verdi
 
2008-ci ilin yaz aylarında Ashleyin rentgen müayinələri  tamamən təmiz çıxdı. Xərçəng şişlərindən əsər əlamət qalmamışdı. 
Özünü ölümə hazırlayan Ashley yaşayacağını öyrənincə sevincindən göylərə uçdu.
Ancaq hekayə burada da bitmədi.
Aldığı kimyaterapiyadan sonra həkimlər Ashleyə bir daha övlad dünyaya gətirə bilməyəcəyini demişdilər. Harley onun ilk və son körpəsi olacaqdı.
Bunun üstündən iki il keçdikdən sonra Ashley ikinci körpəsini, 2016-cı ildə isə, üçüncü körpəsini dünyaya gətirdi. 
Bu gün Ashley üç övlad anasıdır və 9 ildir ki, bədənində xərçəngə dair heç bir əlamət görünmür.
 
 
 

Xəbər lenti