Çində 81 yaşlı qoca modelliyə başlayaraq dünyanın diqqətini özünə çəkib.
Mynews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Van Deşun adlı qocanın modellik karyerası təsadüfən başlayıb. Çin Moda Həftəsinə hazırlaşan modelyer hardansa qocanın şəklini görüb və cavanların da həsəd aparacağı bu bədənin sahibini tanıtmaq istəyib.
Moda həftəsində bir anda məşhurlaşan qocanın şəkilləri internetdə milyonlarla baxışı cəlb edib. Tezliklə yaraşıqlı təqaüdçü dünyada tanınıb. Hazırda Van Deşunla işləmək istəyən bir çox modelyer növbə gözləyir.
Deşun 1936-cı ildə Çinin şimal-şərqində doğulub. 14 yaşında tramvay konduktorluğuna başlayan Deşun incəsənətə maraq göstərib. Mədəniyyət mərkəzlərində rəqslə məşğul olub, xora gedib. Sonralar aktyorluq dərsləri də alıb və nəhayət məşhur olmaq üçün paytaxta gəlib. Burada o, radioda çalışıb, filmlərdə epizodik rollara çəkilsə də arzuladığı məşhurluğa çata bilməyib. Nəhayət 60 ildən artıq gözlədiyi şöhrət özü onu tapıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub