İngiltərənin ən məşhur rəssamlarından olan Stefan Viltşir cəmi bir dəfə havadan gördüyü şəhər mənzərələrini, küçələri, parkları, prospektləri və bütün detalları ilə vərəqə köçürür.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, artıq bütün dünyada tanınan Stefan “National Geographic”in “Genius” (Dahi) layihəsinin qonağı olub.
3 yaşında olarkən autizm diaqnozu qoyulan rəssam ilk vaxtlarda məktəbdə, cəmiyyətdə insanlara ayaq uydurmaqda çətinlik çəksə də, daha sonra o, müxtəlif təbiət mənzərələri, müəllimlərinin karikaturalarını çəkərək rəsm sahəsində qabiliyyəti olduğunu göstərib.
Vaxt keçdikcə Stefan Londonda gördüyü binaları çəkməyə başlayır, bir dəfə bacısı onu hündürmərtəbəli bir binanın 12-cü mərtəbəsinə apardıqdan sonra isə o, şəhər mənzərəsini daha geniş, daha detallı planda görə bilir.
Stefan 13 yaşındaykən ilk rəsm kitabı işıq üzü görüb. Məşhurluğu get-getə artan rəssam müxtəlif televiziya proqramlarına, sənədli filmlərdə iştirak etməyə dəvət olunub.
1989-cu ildə Venesiyaya səyahət edən zaman çəkdiyi şəhərin panoramik mənzərəsi isə onun bütün dünyada tanınmağı üçün vəsilə oldu. Bundan sonra isə o, Qüdsdən Sidneyə qədər bir çox şəhərlərin mənzərələrini kağıza köçürüb. Nyu-Yorka 20 dəqiqəlik helikopter turundan sonra isə şəhərin mənzərəsini 5,7 metrlik kağıza çəkib və bu hadisəni izləyicilər veb-kameralar vasitəsilə canlı izləyiblər.
Daha sonra o, Londonda öz şəxsi qalereyasını açıb, rəsmlərindən biri isə Londonun Hitrou aeroportunda ölkəyə gələnləri qarşılayır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub