Çində yaşıyan 150 kilo ağırlığında olan və bütün səylərə baxmayaraq arıqlamayan 11 yaşlı uşağın ənənəvi çin üsulları ilə arıqlaya biləcəyi açıqlanıb.
Çinin Jill əyalətində bir xəstəxanada müalicə olunan 11 yaşlı uşaqda nadir görülən Prader-Villi sindromu aşkar olunub. Azyaşlı uşaq yemək istəyi və anormal orqan toxuma böyümələri problemindən əziyyət çəkir. Çinin Hərbin şəhərindən müalicə məqsədi ilə Changchundaki xəstəxanaya gətirilən kiçik uşağa üç yaşından bəri Prader-Villi sindromu diaqnozu qoyulduğu bildirilib.
Azyaşlının hələ dörd yaşında 43 kiloqrama çatdığı, bu çəkinin həmyaşıdlarından iki dəfə çox olduğu açıqlanıb. Kiçik uşağın 10-dan artıq narahatlığı müəyyən edilib. Bunlar arasında artıq çəki, yüksək qan təzyiqi və qaraciyər yağlanması da olduğu bildirilib. Hang mart ayında 167 kiloya çatanda ailəsi onu idman və pəhriz vasitəsi ilə zəiflətməyə çalışıb. Lakin arıqlamaq üçün edilən bütün səylər uğursuz olub. Mədəsindən də əməliyyat etdirilən Hang cərrahi əməliyyat sonrasında 143 kiloya düşsə də tezliklə yenidən 150 kq çəkiyə çatıb.
İki ayda 15 kilo arıqladı
Hang son çarə olaraq, tanınmış xəstəxanalardan birində 53 obez xəstə ilə birlikdə müalicə almağa başlayıb. Noyabr ayında xəstəxanada çəkilən fotoşəkillərdə Hanga ənənəvi Çin tibbində istifadə olunan tibbi bankalar, atəş terapiyası və iynəbatırma ilə müalicə tətbiq olunduğu görünür. İki ay əvvəl xəstəxanada müalicə olunan azyaşlının bu müddət ərzində 15 kilo arıqladığı açıqlanıb.