İngiltərənin Mançester şəhərində qadınlar üçün bir yenilik baş verib. “Sehrli güzgü” anlamı gerçək olub.
Moderator.az -ın verdiyi xəbərə görə alış-veriş mərkəzində yerləşdirilmiş güzgüyə baxan qadınlar, seçdikləri paltarın bədəndə necə göründüyünə baxa bilirlər. Daha dəqiq desək qadın müştərilər bəyəndikləri paltarların artıq soyunub-geyinmək zəhmətini çəkmədən əyinlərində necə duracağını, yaraşıb-yaraşmadığını güzgüyə baxmaqla öyrənə bilərlər.
Bu möcüzə “sehrli güzgü” Adam Vahed tərəfindən 3D texnologiyasından istifadə edilərək hazırlanıb. Onun sözlərinə görə güzgü insanın sensorları əsasında seçdiyi paltarları qeyd edib, ona geyindirir.