"Mən onun normal qadın, sadiq arvad olduğunu düşünürdüm. Əfsuslar olsun ki, yanıldım".
Rusiyanın Sankt-Peterburq şəhərinin sakini arvadını cəzalandırmaq qərarına gəlmişdi.
O, şəhərin "Kultura" prospektində yerləşən "Vernıy!" universamının önündə saxlanmış qırmızı rəngli Chevrolet markalı avtomobilin salonunu betonla doldurub.
Kişinin dediyinə görə, "Vernıy" universamının keçirdiyi aksiyaya qatılan arvadını cəzalandırmaq üçün belə edib.
Aksiyanın şərtlərinə görə, soyadını dəyişərək "Vernıy" və ya "Vernaya" edən şəxsə 50 min rubl ödənəcəkdi.
Kişinin arvadı da ərindən gizli olaraq soyadını dəyişib, pul mükafatını almaq istəyib.
Arvadına Chevrolet alaraq hədiyyə etmək istəyən ər bu absurd davranışdan çılğına dönüb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub