USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

“Böyük şəhərdə seks”lə məşğul olan aktrisa səfir oldu

12:04 08.04.2017
“Böyük şəhərdə seks”lə məşğul olan aktrisa səfir oldu
12:04 08.04.2017

Məşhur “Böyük şəhərdə seks” serialında Şarlotta rolunu canlandırmış Kristin Devis BMT-nin Qaçqınlar üzrə xoşməramlı səfiri təyin edilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisanın qurumla əməkdaşlığı üç il öncə başlayıb. BMT-nin xətti ilə Uqanda və Konqo Demokratik Respublikasına səfər edərək ordakı insanlarla mütamadi maraqlanıb. ABŞ-a üz tutmuş qaçqınlarla da vaxtaşırı maraqlanaraq özünü filantrop kimi təsdiqləyib.

Qeyd edək ki, xeyriyyəvi işlərə üstünlük verən Kristin artıq film və seriallara çəkilmir.

 


Xəbər lenti