Görünməz plyonka pultla idarə olunur və sürücünün istəyi ilə görünə də bilir
"Smart Tint" şirkəti avtomobillər üçün gözə görünməz plyonkanın görüntülərini yayıb. Mynews.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, görünməz plyonka pultla idarə olunur və sürücünün istəyindən asılı olaraq görünə də bilir. Plyonkanın 7 ədəd rəng seçimi var. Plyonkanın söndürmə düyməsinə basdığınız zaman işıqburaxma qabiliyyəti 4 faiz təşkil edir. Yəni şüşədə plyonka olduğunu qurdalayıb tapmayana qədər heç kim hiss etmir. Bu məhsulun qiyməti verdiyiniz sifarişin ölçüsü ilə başa gəlir. Məsələn tutalım ki, 1 ədəd qabaq pəncərənizin uzunluğu 50 sm, hündürlüyü 25 sm olarsa 50x25 ölçüdə olan plyonka 88 dollara başa gəlir. Azərbaycanda yeni tətbiq edilən 18 faiz mal vergisini də bura əlavə etsəniz, kifayət qədər bahalı maldır. Üstəlik, bütün hallarda bundan istifadə etdiyiniz aşkarlanarsa yol polisi 150 manat cərimə tətbiq edəcək.