"İnstagram"ın zənginləri
"İnstagram" - son zamanların ən populyar foto paylaşım şəbəkəsidir. Günü-gündən istifadəçisi artan "İnstagram"da insanlar gündəlik fəaliyyətlərini, hətta nə yeyib-içdiklərini belə paylaşmaqdan çəkinmirlər.
"İnstagram"ın ən çox izlənənləri isə zəngin ailələrinin övladlarıdır. Milyonçuların isə paylaşımları daha fərqli olur. Bu şəxslər müntəzəm olaraq yaşadıqları ölkə, şəhərdəki əyləncələrindən, lüks həyatlarından görüntülər paylaşırlar. Zənginlərin həyatları bu şəbəkədə "Rich Kids of İnstagram" ("İstagram"ın zəngin uşaqları) həştəqi ilə yayılır. Bu həştəq ilə paylaşılan fotolar onların lüks həyat tərzini gözlər önünə sərir.
Gənclərin pullara münasibəti isə daha çox maraq doğurur. Onlar dollarla dolu çantalar gəzdirir, pul vannası qəbul edir, əskinaslarla örtülən yataqlarda uzanırlar.
Qeyd edək ki, müxtəlif ölkələrdən olan zənginlərin fotoları öz ölkələrinin adı ilə bir arada çəkilir. Məsələn, azərbaycanlı gənclərin fotoları "Rich Kids of Azerbaijan" (Azərbaycanın varlı uşaqları) həştəqi ilə paylaşılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub