Türkiyənin İzmir vilayətində yaşayan Taner Özəv adlı şəxs 30 ildir ki, sudan istifadə etmir. O, uşaqlıq illərini çıxmaqla bu illər ərzində saf su, çaydan istifadə etməyib. Su tələbatını təmin etmək üçün yalnız qazlı , xüsən də, “Koka-kola”dan yararlanır.
Mynews.az xəbər verir ki, Taner Özəv iki-üç yaşından bu yana heç zaman su içmədiyini və bunun hər hansı səbəbdən qaynaqlanmadığını bildirir. O, bundan sonra “ölsəm də, ağzıma su vurmaram” deyir. O, gün ərzində orta hesabla 3-4 litr qədərində koladan istifadə edir. Orqanizmi kola və o tipli içkilərdən savayı, 30 ildir ki, heç bir mayeni-su, çay, kofe, alkoqol və s. qəbul etməyib.