Qeybət və dedi-qodu, bəşər tarixində həmişə var olub. Bəs qeybət necə var oldu, səbəbləri nələrdir, və bu gün nə vəziyyətdədir. Əslində dil nə qədər qədimdirsə, dedi-qodu etmək də bir o qədər qədimdir .
Mynews.az bildirir ki, son dövrlərdə aparılan bir araşdırmda qədim zamanlarda odun tapılmasının insanların ünsiyyət qurmağa başlamasında təsirli olduğu məlum olub. Afrikanın cənubunda yaşayan yerli xalqın, gündüz məişət problemlərini müzakirə etdikləri, gecələr isə od ətrafında daha fərqli danışdıqları məlum olub. Qeybət və dedi-qodu etmək yalnız bizə xas anlayışlar deyil. Dünyanın hər yerində yemək yeməkdən belə geniş yayılan bir ünsiyyət formasıdır. Tədqiqatçılar uzun müddətdir ki,bu mövzu haqqıda araşdırma aparır.
Bu yaxınlarda Amerikada pisixoloqlar insanlar üzərində dedi-qodunun zərərlərini ölçmək üçün bir təcrübə aparıb. Bu təcrübə 216 nəfər üzərində baş tutub. Müşahidəçilər, insanlara bir-biriləri haqqında "kiçik sirrlər" verdikdən sonra olacaqları izləməyə başlayıblar. İnsanlara bir-biriləri haqqında keçmiş bir cinayətkar, psixoloji narahatlığı olan və ya homoseksualizm kimi sirləri verilib. Sonra hər kəsin bir-biri haqqında dedi-qodu edib-etmədiklərini müşahidə ediblər..Ancaq nəticə sürpriz olub.Bir-biriləri haqqında sirləri ifşa edən insanların bir-birindən ayrılmaları gözlənərkən tam əksi olub. Amerikalı pisixoloq sözlərinə görə “ Dedi-qodu etməyə başlayan insanlar bir-birinə daha çox bağlanmağa başlayıb. Çünki hər kəs, bir-birinin zəifliyini bilirdi və bu şəraitdə o zəiflikdən sui-istifadə etmədilər. Tam əksinə, insanlar bir-birinə etimad göstərməyə başladı və bir-birilərini qorudu.Əslində təcrübəni etməkdə məqsəd ondan ibarət idi ki, insanların bir-birinin arxasından nə cür danışdıqları bəlli olsun. Bu təcrübənin nəticəsində cəmiyyəti bir arada tutan şeyin, bir-birinin zəifliklərini üzlərinə vurmayan insanlar olduğu ortaya çıxdı. Yəni,qeybət etmək, əslində bizi bir-birimizə bağlayır. ”