Aktyor Müşfiq Şahverdiyev evlənəcyi xanımdan danışıb.
Mynews.az xəbər verir ki, BiG.AZ-a açıqlama verən aktyor heç vaxt estetik əməliyyat etdirən xanımla ailə qurmayacağnı bildirib.
M.Şahverdiyev hesab edir ki, təbii gözəllik onun üçün hər şeydən önəmlidir:
"Estetik əməliyyat etdirən xanımlar inciməsinlər, amma mən onları bəyənmirəm. Silikon, gel, burun əməliyyatı xanımlarda xoşuma gəlməyən xüsusiyyətlərdəndir. 34 yaşım var. Estetik əməliyyat etdirən qadınla heç vaxt evlənmərəm. Mən özüm iki dəfə burun əməliyyatı etdirmişəm, amma bu əməliyyat sırf çəpər əyriliyi ilə bağlı olub, estetik əməliyyat etdirməmişəm. Mənim üçün əsas odur ki, evlənəcəyim xanımın əxlaqı gözəl olsun".
M.Şahverdiyev açıqlamasında səhnədə olan xanımla heç vaxt evlənməyəcəyini də söyləyib:
"Səhnədən olan xanımla ailə qurmaq istəmərəm. Mənim anamın ən böyük arzusu mənim həkim bir qızla evlənməyim olub. İnşallah, arzusuna çatar".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub