İraqda qanlı diktatorun hakimiyyət illərini çox tez-tez xatırlayırlar.
2013-cü il aprel ayının 10-da İraqın paytaxtı Bağdadda yeni dövr başladı. Amerikalı əsgərlər və dəniz piyadaları İraq ordusu ilə uzun sürən müharibələrdən sonra şəhəri nəzarət altına aldılar. Kütlə bütün Bağdad boyu Səddam Hüseynin portretlərini qopartdı, heykəllərini dağıtdı. Səddamın az qala "Allah" sanıldığı, ağalıq etdiyi dövlət, yürütdüyü hakimiyyət bir-iki həftə ərzində məhv edildi. Səddama ilk zərbəni də məhz ona sadiqlik andı içən yaxınları vurdu.
Sizə İraqın keçmiş liderinin həyatı və acınacaqlı ölümü barədə təfərrüatları təqdim edirik:
"Düzü, Səddamın zamanında daha yaxşı idi, nəinki indi. İndi nə baş verir? Burada iqtisadi böhran və "İslam dövləti" hökmranlıq edir. Bir liderin yerinə isə bir çox satqınlar ağalıq edir" - bu sözləri keçən il "Financial Times"ın müxbiri Bağdad küçələrindən birində eşidib və dərhal monoloq şəklində qeyd edib.
İndi Bağdadda Səddam Hüseyn üçün çoxları darıxırlar. Hələ 14 il bundan öncə qəddar tiran kimi qəbul etdikləri lider, indi dərin kədər və həsrətlə anılır. O, hakimiyyətdə qalsa idi ölkədə vətəndaş müharibəsi kimi dəhşətli müharibələr baş verməzdi. Səddam sadə İraq vətəndaşları arasında çox sevilirdi. Yarana biləcək xaosun qarşısını ala bilirdi və ona necə yanaşılmasından asılı olmayaraq, pisliyi pislik xətrinə etmirdi.
Ailə və partiya
Səddam Hüseyn Əbd əl-Məcid əl-Tikriti 1937-ci ildə çoban ailəsində anadan olub. Onu İraq müharibələrində iştirak etmiş veteran əmisi böyüdüb. Kiçik yaşlarından Səddamın xarakterinə bələd olan əmisi həmişə ona ailənin, yaxın qohumların vacibliyini xatırladırdı. Bunun nəticəsi idi ki, hələ gənc yaşlarından Səddam ətrafına ən yaxın qohumlarını cəlb etmişdi. O, müdafiəsini gözübağlı şəkildə qohumlarına tapşırmışdı. Əhatəsində olan yaxınları ona hər cür maddi-mənəvi dəstəyi göstərirdilər.
Amma bütün bunlara baxmayaraq, Səddamı hakimiyyətin zirvəsinə qohumları deyil, gənc yaşlarında üzv olduğu "Baas" - Ərəb Sosialist Dirçəliş Partiyası gətirib. Partiyanın ideologiyası zəncirvari olaraq panarabizm və sosializmə xidmət edib, imperialistlərə qarşı mübarizə aparırdı. Səddam Hüseyn öz hərbi istedadı və şəxsi cəsarəti sayəsində tez bir zamanda rəğbət qazanmışdı.
Səddamın Prezident Əbdül Kərim Kasemə qarşı təşkil olunan sui-qəsdin qarşısını alması ona bir xeyli məşhurluq gətirdi. Belə ki, gələcək diktator vaxtından əvvəl prezidentin maşınına atəş açaraq sui-qəsd planını korlayıb. Amma "Baas" təbliğatı Səddamın qəhrəmanlığından istifadə edərək onu gənc fəala çevirib. Artıq yavaş-yavaş əfsanəvi diktatorun tərəfdaşları yaranırdı. O, yoldaşlarını xilas etmək üçün polis dəstələrinə dayanmadan atəş açıb. Yaralı halda çayı üzüb kəçən Səddam bıçaqla bədənindən gülləni çıxarıb, təqiblərdən qaçmaq üçün casus kimi Suriyaya gedib.
4 ildən sonra Kasem rejimi devrildir. Səddam vətəninə dönür və siyasi mübarizələrə qoşulur. Gənc Səddamın parlaq çıxışı xüsusilə partiyanın lideri, siyasətçi Mişel Aflyakın diqqətini çəkib. Onun rəğbətini qazanmaq Səddama həm təhlükəsizliyini geri qazandırdı, həm də partiya pillələrində ən yüksək zirvəyə çıxmağını təmin etdi. Bundan əlavə, Səddam qeyri-adi siyasi istedadı, şücaəti və soyuqqanlılığı sayəsində "Baas" partiyasında nüfuzunu daha da gücləndirib. 1968-ci ildə baş verən növbəti çevrilişdən sonra hakimiyyətə "Baas" partiyası gəlir. Və nəhayət Səddam ölkədə ikinci ən önəmli əhəmiyyətli postu tutaraq vitse-prezident olub.
İşgəncələr və YUNESKO-nun mükafatı
Sonrakı illər ərzində Səddam öz nüfuzundan istifadə edərək səmərəli və mütərəqqi siyasət qurub, parçalanmış İraqı etnik, sosial və dini əlamətlər üzrə birləşdirmək üçün bir sıra cəhdlər edib. İstəyinə nail olan Səddam eyni zamanda amansız cəzalar tədbiq edib. İnsanların həyatını yaxşılaşdırmaq üçün əlindən gələni etməyə çalışan gənc diktator yeri gəldikdə qəddarlığını da nümayiş etdirib.
1973-cü ildə neftin qiymətlərinin artması üzündən enerji böhranı yaşayan İraq milliləşdirilmiş neft sənayesindən sonra demək olar ki, pul içində üzürdü. Nəticədə "Baas" hökuməti ölkədə ödənişsiz tibbi xidməti və təhsili bərpa etdi, fermerlərin işlərinin subsidiyalaşmasına və ordunun loyallığının təmin olunmasına nail oldu. Bütün ölkədə yollar təmir edildi. Eyni zamanda, sənaye və iqtisadiyyat sahəsində sürətli artım qeydə alındı. Səddam bunu bacardı, o, İraqda həyat səviyyəsini o qədər yaxşılaşdırmağa müvəffəq oldu ki, hətta 1982-ci ildə YUNESKO-nun xüsusi mükafatına layiq görüldü.
Səddam onun hakimiyyətini, idarəçiliyini bəyənməyən insanları həbsxana və ya dar ağacı ilə "mükafatlandırırdı". "Muxabarat" təhlükəsizlik xidmətinin rəhbəri Səddamın kiçik ögey qardaşı idi. O, etirazçı müxalifətçilərə qarşı işgəncə tətbiq edirdi. Səddam kütlənin nə istədiyini başa düşə bilirdi. İnsanları ələ almağı yaxşı bacaran diktator özünü "Baas" maraqlarının müdafiəçisi kimi təqdim edirdi. Kənar məsələlərdə isə məkrli düşmənləri - farsları və sionistləri ittiham edirdi. Səddam Hüseynin hakimiyyət illərində ölkə daxilində baş verən terror aktlarında ölənlərin sayı ən az 250 min nəfər olub. Jurnalistlərin sui-qəsd və edamlarla bağlı suallarına Səddam Hüseynin cavabı birmənalı olaraq belə olmuşdu: "Belə deyək, mən onları tez-tez dəyişdirirəm. Hökümət əleyhinə çıxış edənlərə qarşı başqa nə etmək olar?"
Səddam getdikcə daha çox hakimiyyəti öz əlində toplamağa başladı. 1970-ci illərin ortalarından faktiki olaraq İraqı təkbaşına idarə edirdi. 1979-cu ildə Suriya ilə birləşmək fikrinə düşmüş prezident Əl-Bakranı uzaqlaşdıraraq çevriliş etdi. Çevrilişdən dərhal sonra Səddam "Baas" üzvlərindən ona xəyanət edən yüzlərlə insanı güllələdi.
Hamının dostu Səddam Hüseyn
Cəhədə gedən xarici siyasət qaydasında gedirdi. Səddam kürd milli azadlıq hərəkatını darmadağın edib İranla razılığa gəldi. Qarşılığında isə Ayətullah Xomeyni və onun tərəfdarları Tehranın mübahisəli əraziləri üzərindən kürd üsyançılarına verilən dəstəyi dayandırdı. Səddamın hakimiyyəti illərində Moskva və Amerika onunla münasibətləri yaxşılaşdırmağın yollarını axtarırdılar. 1972-ci ildə Sovet-İraq arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Qərb ölkələrindən Səddama dünyəvi və qeyri-adi lider kimi baxılıb. Səddam bu məsələni öz xeyrinə istifadə etməyi bacarırdı. 1979-80-ci illərdə ABŞ-ın Detroyt kilsəsinin təmirinə təxminən yarım milyon dollar pul ayırmışdı. Bu səbəbdən şəhərin açarları təntənəli surətdə Səddama təqdim olunub.
Onun Fransa ilə xüsusi münasibətləri yaranmışdı. Səddam birinci və sonuncu dəfə 1975-ci ilin sentyabrında Fransanı ziyarət edib, Parisə gələrək baş nazir Jak Şirakla görüşüb. Bəzi məlumatlara görə, Hüseyn fransadan silah tədarükü müqabilində nazirin və yaxınlarının müdafiəsini təmin edib, eyni zamanda da nüvə proqramının maliyyələşməsinə yardım göstərib.
O illərdə Səddam bəzi davranışları ilə diqqət çəkirdi. Pulu sağa-sola sovururdu. Köməkçilərinə və eləcə də, xarici liderlərə bahalı hədiyyələr ("Rolex" saatlar, briliyantlar, qızıl qələmlər və.s) paylayan diktator özü də qeyri-adi hədiyyələr alıb. Məlumatlarda qeyd olunub ki, Səddam Zambiya prezidenti Kaunde Kennetuya içərisi hədiyyələrlə dolu bir qutu göndərib. Prezident isə bu incə diqqətinin müqabilində İraqın lideri olan əziz dostuna şəxsi cadugərini hədiyyə edib. Səddam sehri, cadunu çox sevirdi, onun hətta gümüş üzüklərdən-həmayillərdən ibarət kolleksiyası olub.
Kimya və ölüm
1979-cu ildə İranda Ayətullah Xomeyni və tərəfdarlarının hakimiyyətdən uzaqlaşdırılması Səddam üçün böyük uğursuzluqların başlanğıcı oldu. İraqda da inqilabın olacağından qorxan Səddam İranla müqaviləni pozaraq İraqın ayrılmaz hissəsi elan etdiyi Xuzestan əyalətinə soxuldu.
Hüseynin Ayətullah rejiminin tezliklə dağılmasına əminliyi onu yanıltdı. Səddamı Fars Körfəzinin ərəb ölkələri dəstəkləyiblər. Onlar da ən az Səddam qədər İslam inqilabından ehtiyyat edirdilər. Belə bir vaxtda Sovet İttifaqı Bağdada dəstək verməkdən imtina edir və münaqişəli tərəflərin hər ikisinə silah sataraq onları texnologiya ilə təmin edib.
1984-ci ildə İraqa dəstək olan dövlətlərin içərisinə ABŞ da qatıldı. Vaşinqton İranın qələbəsinin regiondakı stabilliyi pozacağından ehtiyyat edirdi. Prezident Reyqan İraqla ticarət məhdudiyyətini ləğv elədi. Pentaqon iraqlılara ABŞ və Almaniya firmalarından alınan kimyəvi silahların peyk şəkillərini göndərirdi. O silahlar ki, Səddam və onun generalları etirazçılara qarşı istifadə etdi. Kürdlərin məşhur şəhəri olan Xalabadjaya edilən hücumda 5 min kürd həyatını itirib, daha 10 mindən artıq insan əlil qalıb.
Gülməli görünsə də, İraq terrorizmə dəstək verən ölkələr siyahısından çıxarıldı. "Hamı şübhəsiz əmin idi ki, Bağdad terrorçuları dəstəkləyir. Bizim bu addımı atmaqda yeganə səbəbimiz Hüseynin İran üzərində qələbə qazanması idi" - bunları çox sonralar ABŞ-ın müdafiə nazirinin köməkçisi Noel Kox etiraf edib.
Lakin bütün cəhdlərə baxmayaraq, İraq bu mübarizədə qələbə qazana bilməyib. Tehranda rejim gözlənildiyindən də möhkəm oldu və 1988-ci ildə bağlanmış müqavilə İran iqtisadiyyatını ayaqda tutmağa kömək etdi. İraq gərgin müharibə şəraitindən yüz minlərlə itki verərək çıxdı. Bundan əlavə, ölkənin rayonlarının cəbhə xətti ilə yanaşı, zəngin neft infrastrukturı məhv edildi, küllü miqdarda borclar yığıldı. İnfrastrukturun yenidən qurulmasına da pul tapmaq lazım idi.
Yüngül pul (Asan pul)
Səddam Hüseyn axtardığı məbləği qonşu Küveytdə tapacağını düşünürdü. Bağdad zamanında bu balaca dövlətə 30 milyard dollar borc vermişdi. Ötən illərdə Səddam bu borcu bağışlamaq istəyib, lakin küveytlilər imtina edib. Daha sonra isə onlar neft hasilatından qazanılan gəlirin həcminin azaldılmasına da imtina ediblər. İraqın ölkə büdcəsini bərpa etmək üçün zamanı az idi. Bundan sonra Bağdad neftlə zəngin Küveytə müraciət etmək qərarına gəlir. 1990-ci il avqustun 2-də Səddam Küveytə daxil olaraq "küveyt inqilabçıları"nı dəstəkləməyə başladı. 2 gün sonra avqust ayının 4-də "azad olunmuş Küveytin müvəqqəti hökuməti "iraqlılar oldu. Artıq 4 gündən sonra "islam ideyalarına qarşı olanlarla daha yaxşı mübarizə üçün" Küveytin İraqa birləşdirilməsi elan olundu.
Səddam ABŞ-ın dəstəyinə güvənərdi, amma məyus oldu. O ümid edirdi ki, İranla münaqişələrdə İraqa dəstək olan ABŞ bu dəfə də onları dəstəkləyəcək. Lakin belə olmadı. Səudiyyə Ərəbistanının kəskin mövqe almasından narahat olan Amerika daxili münaqişələrdə Səddama dəstək verməkdən imtina etdi. Gözlənilmədən SSRİ İraq əleyhinə çıxış etdi. Üstəlik sovet rəhbərliyində "yeni siyasi təfəkkür" küləkləri əsirdi. Nəticədə ilk dəfə olaraq, Varşava müqaviləsi imzalamış ölkələrlə NATO qüvvələri birgə təcavüzkar ölkəyə qarşı çıxışlar etdi.
Səddamın qoşunların Küveytdən çıxarılmaması müqabilində Fələstin ərazilərinin israillilərdən təmizlənməsi təklifi ərəb dünyasında maraqla qarşılansa da, heç bir nəticə vermədi. İraq ordusu bütün cəhdlərinə rəğmən darmadağın edildi. Ölkədə qaz ehtiyyatı tükəndi, bakterioloji silahlar itirildi, amma Hüseyn hələ də taxtda idi: O zaman ən böyük bəla onun hələ hakimiyyətdə olması zənn edilsə də, Səddamın devrilməsindən sonra yaranan xaos daha böyük fəlakətlər gətirdi.
Səddam qalibdi
Müharibədən dərhal sonra Səddam ABŞ-ın köməyi ilə qalxmış şiə və kürd üsyanını amansızlıqla yatırtdı. Bu məsələdə gözlər bağlanıb: Qiyamı yatıran Səddam öz vəzifəsini yerinə yetirib vəziyyətin daha da mürəkkəbləşməsinin qarşısını aldı. Çoxillik müharibələrdə İran onsuz da xeyli zəifləmişdi. Digər bir tərəfdən isə kürdlərin zəifləməsi Türkiyəyə sərf edirdi.
Bütün dünya ölkələri ilə yaşanan qarşıdurmalarda öz hakimiyyətini sona qədər müdafiə edən Səddam özünü Körfəz müharibəsinin qalibi elan etdi. Bu dövrdə onun nüfuzu ən yüksək həddə çatmışdı. Ölkədə iki dəfə referendum keçirildi və Səddamın lehinə birinci dəfə 99,96 %, ikinci dəfə isə 100% səs toplandı. Lakin ölkə çox bərbad vəziyyətdə idi: Sanksiyalar səbəbindən iqtisadiyyat demək olar ki, çökmüşdü. İnsanlar ac idi. Amerikalılar mütəmadi olaraq İraqı bombalayaraq, əhalini canından bezdirib Səddamı onların əli ilə devirməyi düşünürdü.
Bu zaman Səddam Hüseyn ərəb populist millətçiləri arasında islam dünyasının mücahidi kimi məşhurlaşmışdı. Onun nitqlərində daha çox islam haqqında qeydlər yadda qalırdı. Səddam müntəzəm olaraq İraq məscidini ziyarət edirdi. Təsadüfi deyil ki, İraqın milli bayrağının üzərində "Allahu əkbər" yazısı yaranıb. Məhz bu ərəfələrdə qeydə alınmış məşhur "Qanlı Quran" kitabını diktator həmişə öz üstündə gəzdirib. Deyilənə görə, kitabın yazılmasına liderin 27 litr qanı istifadə olunub.
Hər şey 2003-cü ildə başa çatdı. Bir il əvvəl artıq həyəcan siqnalı çalınmışdı. Prezident kiçik Buş İraqı kütləvi qırğın silahının hazırlanmasında və terrorçularla əlaqədə ittiham edərək onu "şər oxu" adlandırdı. 2003-ci ilin mart ayında prezident Vladimir Putinin şəxsi sərəncamı əsasında Yevgeni Primakov təcili Bağdada gəldi. O, Səddam Hüseynə liderlik postundan könüllü istefaya getməsini təklif etdi. Əks təqdirdə baş verəcək fəlakət qaçılmazdır. Səddam bu təklifi rədd etdi, o yenidən qalib tərəf olacağına inanırdı. Bu təklifdən 3 gün sonra düşünülmüş şəkildə amerikalılar və BMT Təhlükəsizlik Şurası heç bir sanksiya olmadan qondarma bəhanə ilə İraq ərazisinə soxuludular. Bir neçə həftə ərzində rejim devrildi və İraq ordusu qaçdı.
Səddam Hüseyni 2003-cü ilin dekabr ayında gizləndiyi Tikritom sığınacağında tapdılar. 2006-ci il dekabr ayının 30-da son istəyinin güllələnərək öldürülmək olmasını nəzərə almayıb onu edam etdilər. Səddamın ölümündən sonra sarayı qarət olundu. Təkcə "Qanlı Quran"a toxunulmamışdı. Onun ətrafında çox müzakirələr getdi, kitabı saxlamaq istəmirdilər. Çünki Səddamın qanı ilə yazılmışdı. Məhv edə bilməzdilər, çünki Qurandı. Nəhayət qərara gəldilər ki, kitabı Bağdad məscidlərindən birində bağlı şəkildə saxlasınlar. Bəlkə də, 2003-cü ildə taleyi Səddama daha diqqətli, mərhəmətli yanaşsaydı, indi Yaxın Şərqdə qanlı müharibə guruldamazdı.