Həzrət Əbul Həsən (ə) nəql edir: "Ay, Bəni-İsrayil üçün çıxmırdı və davamlı olaraq gizlənirdi. Allah Təala Musaya (ə) vəhy edir ki, Yusifin (ə) Misirdəki sümüklərini çıxartsın və bu halda Ay çıxacaqdır. Musa (ə) da Yusifin (ə) qəbrinin yerini biləni axtarmağa başlayır.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, Həzrətə (ə) deyirlər ki, burada bir qoca vardır ki, o, qəbrin yerini bilir. Həzrət (ə) onun ardınca adam göndərir. Kor və ahıl bir qocanı gətirirlər. Həzrət (ə) ona buyurur: "Yusifin (ə) qəbrinin yerini bilirsənmi?".
Deyir: "Bəli".
Musa (ə) deyir: "Məni ondan xəbərdar edərsənmi?".
Deyir: "Xeyr, məgər o halda ki, mənə dörd şey əta edəsən. Ayaqlarım yerisin, gözlərim mənə qayıtsın, cavanlığım geri dönsün, məni behiştdə özünlə qərar verəsən".
Bu istək Musaya (ə) çox ifrat görünür. Allah Təala vəhy edir: "Ey Musa! Nə istəyirsə, ona əta et". (Həvzəh)
Həmin qoca Musaya (ə) Yusifin (ə) qəbrinin yerini deyir və Nilin kənarından Yusifin (ə) mərmər sandıqda olan sümüklərini çıxardırlar.
Onu çıxardan kimi Ay çıxır və bu sümükləri Şama aparırlar. Bu səbəbə görə də kitab əhli ölülərini Şama aparırdılar".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub