USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Üzünün qırışmaması üçün 40 il gülmədi FOTO

17:46 12.04.2017
Üzünün qırışmaması üçün 40 il gülmədi FOTO
17:46 12.04.2017

Britaniyalı qadın üzündə qırışlar yaranmasın deyə 40 il gülməyib.

Mynews.az
bildirir ki, 50 yaşlı Tess Kristian üzündə qırışların yaranmasından çox qorxurdu. Buna görə o, qırışların əmələ gəlməsinin qarşısını almaq üçün 40 il gülməyib. Tess gülmək istəyəndə dodaqlarına vurduğunu deyir. O hətta qızı doğulanda belə gülməməyi bacarıb. İndi o, heç vaxt botoks və s. kimyəvi və kosmetik vasitələrdən istifadə etməməsi ilə lovğalanır. 

"Mən üz əzələlərimi idarə etməyi öyrənmişəm və heç vaxt kimyəvi maddələrin və həkimlərin köməyindən istifadə etməmişəm. Sadəcə uşaq vaxtı gülmüşəm, lakin sonra bilərəkdən bunu tərgitmişəm" deyə Tess Kristian qeyd edib.

 


Xəbər lenti