Kosmos nəinki alimlərin, adi insanların da həmişə marağında olan, ürpədici sirləri isə daha çox olan bir müəmmadır. Bilirik ki, Qara dəlik fəzanın "ağa”sıdır. Buna dini prizmadan yanaşanlar "Allahın dərgahına gedən yol” da deyirlər. Elm isə onu ümumi nisbilik nəzəriyyəsinə görə hər hansı cisim güclü sıxılarkən yaranan obyekt adlandırır. Bəs insan Qara dəliyə düşərsə, nə baş verər?
Mynews.az suala cavab tapmağa çalışıb:
Cisim və şüa qara çuxura ancaq daxil ola bilər, oradan isə çıxa bilməz. Kənar müşahidəçi qara çuxura düşən maddədə nə baş verdiyini heç vaxt bilmir. Amma təxmin edilir ki, insan ora düşərsə bədəni sıxılıb zərrəciklərə bölünər. İnsan yalnız önü görə bilər, arxaya boylana bilməz. Həmin "səyahət” müddətində indiyədək Dəlikdən keçmiş hər şeyi bir anda görər. Dəliyin boru kimi sonunda isə güclü işıq axını onu udar. Bundan sonra isə tamamilə başqa bir kainata düşə bilər. Bu məqamda yenə də din və kliniki ölüm keçirmiş insanlar "dövriyyəyə girir”. Canlı həyatdan qısa müddətə ayrılmış insanlar da qaranlıq tunel vasitəsilə sürətlə getdiklərini, sonra gözqamaşdırıcı işıq gördüklərini deyirlər.//publika
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub