Türkiyədə, Dənizlidə kondisioner firması işçisi 42 yaşlı Mehmet Tok 22 il çəkdiyi siqareti 8 il əvvəl atarkən buna xərcləyəcəyi pulu yığmağa başlayıb. 70 min TL yığan Tok beləcə 2 yüngül ticari maşın və 1 motosiklet aldığını söyləyib.
Pulu yığmağa qərar verdikdən bir il keçdikdən sonra pul kisəsini açdığını və ağladığını deyən Mehmet Tok: "Pul kisəmi ilk dəfə açdığımda içərisindən çıxan pulları görəndə hönkür-hönkür ağladım", - deyib.
Siqaret çəkməyə günə iki qutu olmaqla 12 yaşında başlayan Mehmet Tok 8 il əvvəl ürəyində yaranan narahatlığa görə həkimlərin tövsiyyəsi ilə atdığını sözlərinə əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub