Monqolustan dağlarından 1100 il əvvələ aid olduğu təxmin edilən çürümüş qadın cəsədi tapılıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, 30-40 arası yaşı olduğu ehtimal edilən qadının cəsədində diqqət çəkən müəmmalı məqamlar var. Belə ki, onun ayağındakı qırmızılı-qaralı ayaqqabı məşhur "Adidas" firmasının ayaqqabılarını ağla gətirir.

Onun basdırıldığı məzardan ayaqqabıdan əlavə, çanta, daraq və güzgü də tapılıb.

Arxeoloqların fikrinə görə, qadın, dəbdəbəli görünsə də, nə kral nəslindən olub, nə də elit təbəqədən.
O, torpağa at və metal üzəngi ilə basdırılıb ki, üzəngi bu gün də istifadə oluna biləcək qədər yaxşı vəziyyətdə qalıb.

Alimlər düşünür ki, qadın 1100 il öncə Altay dağlarında aldığı ciddi kəllə travmasından ölüb. Lakin səbəbi məlum deyil.
Onun uzun müddətlik əziyyətlə təmizlənən uzun boğazlı çəkməsinin üzərindəki qırmızı zolaqlar "Adidas" firmasının emblemi ilə eynilik təşkil edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub