Gülməkdən ölmək – çox nadir ölüm növüdür
Mynews.az Metbuat.az-a istinadən bildirir ki, bizim eradan əvvəl belə bu səbəblə ölənlərə rast gəlmək mümkündür. Bu şəxsləri tanımasaq da, tarixdə gülməkdən ölən şəxsiyyətlər olmuşdur.
İlk dəfə tarixdə yunan filosofu Xrisipp (e.ə. III əsrdə yaşamışdır) uzunqulağını kefli halda görərək gülməkdən həyatını itirmişdir.
Məşhur kahin və yunan din adamı hesab edilən Kalxas da gülməkdən ölmüşdür. O e.ə. XII əsrdə yaşamışdır. Öz yetişdirdiyi üzümdən alınan şərabı dadmağa bir sıra din adamlarını dəvət edir. Yığıncaqda qonaqlardan birinin onun şərəfinə dediyi sözlər Kalxası güldürür və həmin an o həyatını gülməkdən itirir.
1989-cu ildə danimarkalı həkim Ole Bentzen kinoteatrda “Wanda adlı balıq” komediyasına baxarkən zalda gülməkdən ölüb.
Şotland yazıçısı və tərcüməçi Tomas Urkuhart hakimiyyətə II Çarlzın qayıtdığını eşidərkən gülməkdən ölüb.
Gülüşdən ölmək infarktın bir növüdür, amma bütün qəhqəhələr faciəli deyildir, gülmə təzyiqi aşağı salır, stresi azaldır və yaddaşı gücləndirir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub