Heteroseksuallıq necə yaranıb? - FOTOLAR

1315
Heteroseksuallıq necə yaranıb? - FOTOLAR

Yüz il əvvəl insanlar heteroseksuallıq haqqında tamamilə fərqli fikirlərə malik idilər.

Bəlkə də "heteroseksuallıq" və "homoseksuallıq" cəmiyyətin uydurduğu sosial bir qavrayışdır və gələcəkdə heç bizə lazım olmayacaq.

BBC müxbiri Brandon Amborsimo-n araşdırması.

1901-ci ildə Dorland-n Tibb Lüğəti, heteroseksuallığı "əks cinsə qarşı anormal və ya əxlaqsız həvəs" adlandırmışdı.

İyirmi ildən çox bir zaman keçdikdən sonra, 1923-cü ildə Merriam Webster-n lüğəti də buna, bənzəri izah vermişdi: "əks cinsə qarşı xəstə cinsi ehtiras".

Yalnız 1934-cü il ildə heteroseksuallıq indiki mənasında təsvir edilib: "əks cinsə qarşı seksual təzahür; normal seksuallıq".

Nə zaman ki, bunu insanlara söyləsəm, inamsızlıq dolu təəccüblə qarşılaşıram. Ola bilməz! Həqiqətən də bu yanlış səslənir. Sanki, heteroseksuallıq həmişə mövcud olub.

Milli.Az BBC-yə istinadən bildirir ki, bir neçə il əvvəl "küçədə bir kişi" videosu yayılmışdı. Müəllif, insanlardan homoseksualların bu seksual oriyentasiya ilə doğulub doğulmadıqları barədə soruşurdu.

Cavablar müxtəlif olsa da, əksəriyyətinin cavabı ortaq idi, "Bu, təbiət ilə tərbiyənin kombinasiyasıdır."

Müsahib, təcrübə üçün mühüm hissə olan növbəti suala keçir: "Ənənəvi oriyentasiyanızı haçan seçmisiniz?"

Bir çoxları sualdan təəccüblənərək bu haqda heç düşünmədiklərini dilə gətirirlər. Çaşbaş qaldıqlarını gizlətmək üçün bir çoxu cavabın məcrasını dəyişir: geylər gey kimi, normal insanlar da normal insan kimi doğulurlar.

Video sanki, bütün cinsi oriyentasiyaların mövcudluğunu təsdiqləyirdi.

Yəni heteroseksuallığa izah axtarmadığımız kimi, homoseksuallığa da axtarmamalıyıq.

Videonu hazırlayan və onu milyonlarla dəfə paylaşan insanların ağlına, bunların hər ikisi haqqında izaha ehtiyacımız olduğu gəlməyib, sanki.

Heteroseksual cinsi münasibət ilə insanlığın eyni yaşa sahib olduğu bilinsə də, heteroseksuallıq anlayışı yeni yaranıbHeteroseksual cinsi münasibət ilə insanlığın eyni yaşa sahib olduğu bilinsə də, heteroseksuallıq anlayışı yeni yaranıb

Homoseksual istək və kimliyin sosial quruluşu barədə çoxlu akademik və populyar araşdırmalar aparılıb.

Heç şübhəsiz, əksəriyyətimiz homoseksual kimliyin insanlıq tarixinin müəyyən bir mərhələsində yaranması haqqında biliklərə sahibik.

Bizə öyrədilməyən tərəf isə bənzəri fenomenin heteroseksuallığı üzə çıxarması olub.

Bunu tədris etməmək üçün dini və ya başqa homofobiyalar kimi əsaslar var. Lakin, ən böyük səbəb, heteroseksuallığın kökünü axtarmaqda maraqlı olmamağımızdır.

Belə ki, o, bizə o qədər təbii görünür ki, axtarışa ehtiyac duymuruq. Normal. Mövcud olan bir şeyi sorğu-sual etməyə ehtiyac yoxdur.

Amma, heteroseksuallıq həmişə mövcud olmayıb və bunun əbədi olacağını təsəvvür etməyə də heç bir əsas yoxdur.

Heteroseksuallıq anormal hesab ediləndə

Heteroseksuallığın kəşf olması ilə bağlı təkziblər, adətən doğulmaya qarşı qərəz doğurur. Təbii ki, əks cinslərin münasibəti insanlıq yaranan andan mövcud olub, əks halda, insanlıq bu qədər uzun müddət var ola bilməzdi.

Fəqət, bu təkzib, heteroseksuallıq ilə doğuşla nəticələnən cinsi əlaqəni eyniləşdirir. Lakin, belə deyil.

"Seksin tarixi yoxdur," Michigan Universitetindən homoseksual nəzəriyyəçi David Halperin yazır, çünki, onun "əsası bədənin funksiyasında yatır."

Digər yandan seksuallıq, "mədəni istehsal" olduğuna görə tarixə malikdir.

Başqa sözlə, seks bir çox canlılar arasında mövcud olduğu halda, hərəkətləri və bu hərəkətləri icra edənləri kateqoriyaya ayırma və adlandırma tarixi fenomendir və bunu araşdırmaq olar və olunmalıdır da.

Və ya bu cür izah edək: heyvan dünyasında seksual instinktlər hər zaman var olub (seks).

Lakin, tarixin müəyyən bir məqamında insanlar, bu instinktlərə bağlanmağa başlayıblar (seksuallıq). İnsanlar heteroseksuallıqdan danışarkən, ikinci qavrayışdan söz açırlar, əslində.

Normal: Heteroseksuallığın Təəccüblü Qısa Tarixi (Straight: The Surprisingly Short History of Heterosexuality) adlı əsərində Hanne Blank, bunu təbiətdəki analoji hadisə ilə müqayisə edib.

2007-ci ildə Növlərin Kəşfi üzrə Beynəlxalq İnstitut Elektroluks addisoni balığını "10 ən yeni növ" siyahısına daxil edib.

Lakin, əlbəttə ki, bu balığın 10 il əvvəl yaranması anlamına gəlmir. "Müəyyən məsul şəxs tərəfindən müəyyən növün yazılı sənədləşdirilməsi, Elektroluks-u mövcudluqdan tanınma mərhələsinə qaldırdı," Blank yazır.

Oscar Wilde-n 'ümumi ləyaqətsizlik' üzrə sınağı, tez-tez gey kimliyinin formalaşmasında əsas məqam kimi anılırOscar Wilde-ın 'ümumi ləyaqətsizlik' üzrə sınağı, tez-tez gey kimliyinin formalaşmasında əsas məqam kimi anılır

Heteroseksualların da aqibəti eyni olub. 19-cu əsrin sonunda onlar bilinməyəndən bilinənə çevrildilər.

"1868-ci ilə qədər, heteroseksual olmayıb," Blank yazır. Eləcə də, homoseksuallar yox idi.

Hələ insanlar, "yaşadıqları sevgi və seksual istəklərə görə digərlərindən fərqləndiklərini" anlamırdılar.

Seksual davranışlar əlbəttə ki, müəyyənləşdirilmiş və qeydə alınmışdı və əksərən qadağan edilmişdi. Lakin, əsas vurğu həmişə onu icra edənə yox, hərəkətə düşüb.

Bəs nə dəyişdi? Dil.

1860-cı illərin sonlarında macarıstanlı jurnalist Karl Maria Kertbeny, seksual təcrübələri izah etmək üçün dörd termin yaradır: heteroseksual, homoseksual və hazırda istifadə olunmayan və masturbasya və heyvanla cinsi əlaqəni izah edən monoseksual və heterogenit.

Kertbeny "heteroseksual" ifadəsini on il sonra, homoseksuallığa qarşı cinayət məsuliyyətinin ləğv edilməsi ilə bağlı kitab yazarkən istifadə edir.

Redaktor Gustav Jager onu çap etməmək qərarına gəlsə də, özü 1880-ci ildə qələmə aldığı kitabında Kertbeny-in termini işlədir.

Növbəti dəfə bu söz, 1889-cu ildə Avstriya-Alman psixiatrı Richard von Krafft-Ebing tərəfindən onun Psychopathia Sexualis - seksual xəstəliklər kataloqunda istifadə olunur.

Amma, təxminən 50 səhifəlik kitabda "heteroseksual" sözü cəmi 24 dəfə çəkilib.

Lakin, müəllifə "əks seksual instinkt" daha maraqlı idi, nəinki "seksual instinkt". Sonuncunu o, insanlar üçün "normal" seksual istək hesab edirdi.

"Normal" yüklü sözdür əslində, və tarix boyunca yanlış istifadə olunub. Məsələn, bir zamanlar köləlik normal hesab edilirdi.

Krafft-Ebing-ə görə, normal seksual istək daha geniş - Qərbin seksual nəzəriyyələrində hakim olan formada idi.

Qərb dünyasında hetero/homo kateqoriyaları yaranmamışdan çox əvvəl, fərqli ikili mövcud olub: törəmə və qeyri-törəmə.

"Heteroseksual" ifadəsinin yaradıcısı Karl Maria Kertbeny-dir

"Seksual sevgidə instinktin real səbəbi olan növlərin artması, şüura hakim olmur," Krafft-Ebing yazırdı.

Başqa sözlə, seksual instinktin qayəsi, normal seks ilə məşğul olanların xəbəri olmadan belə, törəmə məqsədini saxlamasındadır.

Bu dəyişikliyi - törəmə instinktinin erotik istəyə çevrilməsi - şişirtməyə dəyməz, belə ki, o, müasir seksuallıq qavrayışı üçün vacibdir.

İndi əksər insanlar heteroseksuallığı təxminən belə izah edirlər: Billy gənc yaşlarından anlayır ki, qızlara qarşı erotik hisslərə malikdir.

Bir gün o, erotik enerjisini Suzy-ə yönəldir və ona vurulur. Cütlük bir-birinə aşiq olur, erotik istəklərinin büruzəsi kimi fiziki seksual münasibətə girirlər. Və şad-xürrəm yaşayırlar.

Yalnız 20-ci əsrdə insanlar seksual hisslər ilə törəməni ayırmağa başladılar (Rodin-n Öpüş əsəri)Yalnız 20-ci əsrdə insanlar seksual hisslər ilə törəməni ayırmağa başladılar (Rodin-n Öpüş əsəri)

Krafft-Ebing-in işi, 1923-cü ildə heterseksuallığın "xəstəlik" kimi izahından 1934-cü ildə "normal" kimi izahına qədər yaşanan mədəni dəyişiklik üçün əsas oldu.

Seks və şəhər

İdeya və sözlər çox zaman dövrlərinin məhsulları olurlar. Bunu heteroseksuallığa aid etmək tamamilə doğrudur. Blank-ın da qeyd etdiyi kimi, heterseksuallığın yaranması orta sinfin inkişafı ilə üst-üstə düşür.

19-cu əsrin sonlarında Avropa və Şimali Amerikada əhalinin sayı artmağa başlayır. İnsanlar şəhərlərə köçdükcə, seksual pozğunluqları da - fahişəlik, eynicinsli erotika - özləri ilə gətirməyə başlayırlar. Və ya elə görünürdü.

"Əyalət qəsəbə və kəndlər ilə müqayisədə şəhərlər seksual münasibətlərin artımı üçün əlverişli görünürdü," Blank yazır.

Şəhər əhalisinin sayı az olarkən onu idarə etmək də asan idi. Eynən, kiçik ucqar ərazilərdəki kimi. Ən azından kiçik kəndlərdəki qeybət, bəzi işlərin qarşısını almaq üçün yaxşı vasitə idi.

Aşağı siniflər ilə birgə bu seksual təcrübələr paralel şəkildə şəhərə axdıqca, yaranan orta təbəqə özünü onlardan fərqləndirməyə çalışırdı.

Bütün bunlardan ailəsini qorumağa çalışan burjua ailəsi üçün "geniş miqyasda qəbul olunan sistematik, törəməyönlü, ümumi qəbul olunan bir sosial idarəetmə sisteminə" ehtiyac yaranırdı.

Qədimdə bu sistemlər dinlə idarə olunsalar da, artıq "yeni sekulyar dövlət üçün qanunlar daha mühüm idi", Blank deyir.

19-cu əsrdə şəhər həyatının anonimliyi daha azad - və daha 19-cu əsrdə şəhər həyatının anonimliyi daha azad - və daha "əxlaqsız" - seksual davranış ilə qınanılırdı

"Seksual dəyişikliyin" formalaşması Krafft-Ebing-ə görə, bir neçə mərhələdən keçirdi və onu ilk mərhələdə sağaltmaq mümkündür.

Bəzi qeyri-mütəxəssislər Krafft-Ebing-n işi ilə tanış olsalar da, seksuallıq haqqında ictimai fikrin banisi Freud-dur.

Həkimin nəzəriyyələrini bir neçə cümləyə sığışdırmaq çətin olsa da, onun inkişafın psixoseksual nəzəriyyəsinin əsasında, valideynlərin psixoloji yardımı ilə uşaqların öz seksual istəklərini müəyyənləşdirməsi dayanır.

Freud-a görə, heteroseksuallar dünyaya bu cür gəlməyiblər, bu cür formalaşıblar.

Heteroseksuallığın İxtirası (The Invention of Heterosexuality) kitabının müəllifi Jonathan Ned Kat-ın da bildirdiyi kimi, Freud üçün heteroseksuallıq, təsirə uğramadan uşaqlıq inkişafını uğurla idarə edənlərin nailiyyətidir.

Alfred Kinsey (ortada) seks ilə bağlı tabuya malik olsa da, onun məlumatları homoseksual və heteroseksual davranışın mövcudluğunu bir daha isbat edibAlfred Kinsey (ortada) seks ilə bağlı tabuya malik olsa da, onun məlumatları homoseksual və heteroseksual davranışın mövcudluğunu bir daha isbat edib

Freud-n izahı əksəriyyəti qane edirdi. Alfred Kinsey-in 1948-ci ildə Kişi Cinsinin Seksual Davranışı (Sexual Behavior in the Human Male) adlı kitabı bunu bir daha sübut etdi.

O, kişilərdəki seksuallığı sıfır (xüsusi heteroseksual) ilə altı (xüsusi homoseksual) miqyası ilə ölçür. Onun əldə etdiyi məlumatlar, "kişi sakinlərin böyük əksəriyyətinin yetkin və ya qoca yaşlarında homosekusallıq yaşadığını" təsdiq etməyə əsas verdi.

Katz-ın da qeyd etdiyi kimi, Kisney-n araşdırması homo/hetero kateqoriyalarını açmaqla yanaşı, seksuallığın iki hissəyə bölünməsi ideyasını da təsdiq etdi.

Heteroseksuallığın gələcəyi

Bu kateqoriyalar günümüzə qədər də qorunub. "Heç kim, heteroseksuallar ilə homoseksualların niyə fərqli olduğunu dəqiq bilmir," 1984-cü il tarixli Homoseksuallıq üzrə Bioloji Tədqiqatın müəllifi Wendell Ricketts yazırdı.

Ala biləcəyimiz ən yaxşı cavab isə tavtologiyadır: "heteroseksual və homoseksuallar ona görə fərqli hesab oluna bilərlər ki, onlar iki qrupa ayrıla bildikləri inanca görə ikiyə bölünə bilirlər."

Hetero/homo əbədi və təbiətin dağılmaz faktı kimi görünsə də, əslində elə deyil. Bu sadəcə, insanların seksin bizim üçün nə mənaya gəldiyini izah etmək üçün yaratdıqları qrammatikadır.

Yazıçı James Baldwin insanların gey və ya normal olduğu ayrımını rədd edərək deyirdi ki, Yazıçı James Baldwin insanların gey və ya normal olduğu ayrımını rədd edərək deyirdi ki, "bu, yanlış arqument, yanlış ittihama yol açır"

Jurnalist Richard Golstein-ə müsahibəsində yazıçı və dramaturq James Baldwin gələcək haqqında yaxşı və pis fantaziyalara sahib olduğunu etiraf edir.

"Heç kim özünü gey adlandırmaq məcburiyyətində deyil," Baldwin buna dözə bilmədiyini boynuna alır. "Bu, yanlış arqument, yanlış ittihama yol açır."

Nə nədir?

"Sanki burada olmaq haqqın yoxdur və bu haqqa layiq olduğunu sübut etməlisən. Mənsə, sübut etmək üçün heç nəyə sahib olmadığımı deyirəm. Bu dünya, həm də mənim evimdir."

Bir vaxtlar heteroseksuallıq müasir insanlara kim olduqlarını və niyə belə olduqlarını sübut etmək üçün lazım idi. Amma, zaman keçdikcə bu yarlıq, sanki, bizim istək, sevgi və qorxularımızı anlamaq üçün saysız-hesabsız yolları limitləyir.

Seksual oriyentasiya ilə bağlı müzakirələr bizi, "təbiət" məfhumuna köklənməyə meylləndirir.

Çünki, müxtəlif seksual münasibətlər, adətən növlərin artması ilə nəticələnir və biz də bunu daha çox mənəvi status kimi qiymətləndiririk. Amma, "təbiət" bizim mənəvi məsuliyyətlərimizi müəyyənləşdirmir - bu, öz boynumuzun borcudur.

Gey haqlarının getdikcə daha çox tanındığı bir dövrdə, bir çoxları seksual istəklərinin sinifləşməyə məruz qaldığını söyləyirGey haqlarının getdikcə daha çox tanındığı bir dövrdə, bir çoxları seksual istəklərinin sinifləşməyə məruz qaldığını söyləyir

Heyvani xislətləri əsasında insanlar üçün nəyin təbii və etik olduğu mühakiməsi, nəyə gərəkdir? Tibb və incəsənət kimi qeyri-təbii şeylərə insanlar son dərəcə yüksək qiymət verirlər.

Eyni zamanda, insanlar xəstəlik və ölüm kimi təbii hadisələrə qarşı çıxırlar. Bəzi təbii fenomenləri etik və digərlərini qeyri-etik adlandırdığımıza görə, belə çıxır ki, baxılan şeylərin təbiiliyini, görünən şeylər müəyyənləşdirir.

Sosial olaraq da heteroseksuallıq "yüksək məqamını" itirir. Əgər bir vaxtlar homoseksual düşüncəsizlik mübahisələrə səbəb olurdusa, biz artıq başqa bir dünyada yaşayırıq.

Elə bir dünya ki, heteroseksual münasibətlərin siyasətçilər və məşhurların şəkilləri, mesajları və hətta, video yazıları şəklində yayılması adi hala çevrilib.

Katz göstərir ki, 1960 və 1980-ci illər arasında boşanma səviyyəsi 90% artır. Son üç onillikdə isə nəzərə çarpacaq dərəcədə azalıb.

Heteroseksuallıq ilə homoseksuallıq arasındakı xətt, heç də qarışıq deyil və ya Kinsey-in araşdırmasındakı kimi bir ixtira, bir əfsanə və köhnəlmiş bir qavramdır.

Kişilər və qadınlar bir-birləri ilə insanlıq tarixi boyunca müxtəlif tənasüllü seksual münasibətləri yaşayacaqlar. Lakin, heteroseksuallıq - sosial damğa, həyat tərzi, kimlik kimi - çox güman ki, insanlıqdan çox öncə öləcək.

Xəbər lenti