Gözəl cinsin nümayəndələri tez-tez ərlərinin onları hədiyyə yağışına tutmamasından şikayət edir. Bəzən isə sadəcə arzuladığı həyat tərziylə təmin olunmamasından gileylərinlər. Unutmaq olmaz ki, hər kəsin imkanları müxtəlifdir. Təəssüf ki, heç də bütün qadınlar ərlərinin ailəsini maddi baxımdan təmin etmək üçün əlindən gələni etdiyini görmür və onların bu addımı yüksək qiymətləndirmir.
Mynews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, psixoloqloarın araşdırmaları göstərir ki, əslində kişinin uğur qazanması onun həyat yoldaşından çox asılıdır. Qadın məcbur etməməlidir, amma öz ərinə hər zaman dəstək olmalıdır. Yəni, qadının başlıca vəzifəsi ərini ruhlandırmaqdır. Əlbəttə ki, qadın-kişi münasibətlərində ideal variant zodiak işarələrinin uyğunluğudur. Amma sizin həyat yoldaşınızla bürcləriniz uyğun gəlmirsə, narahat olmayın, bu, fəlakət deyil.
Sadəcə, unutmayın ki, kişiyə təzyiq göstərmək, hər zaman qınamaq və rəfiqələrinizin daha uğurlu ərləri ilə müqayisə etmək lazım deyil. Bununla siz onu iflasa gətirib çıxarmış olursunuz. Başqasının “dır-dırı” və “döyənəyi” ilə hərəkət edən adam həvəslə və səmərəli şəkildə işləməyəcək. Dolayısı ilə həyatdan çox qazanac əldə edə bilməyəcək. Ərinizlə bu barədə danışmaq və ona daim inanmaq lazımdır. Həyat yoldaşınız siz tərəfdən gələn dəstəyi hiss etməlidir, onda o, öz gücünə daha çox əmin və arxayın olacaq. Güclü stimul sayəsində insan üç dəfə çox səy göstərəcək və daha böyük ruh yüksəkliyi ilə yüksək qazanc əldə etməyə çalışacaq. Yalnız özünü enerji dolu, inamlı və ruhlandırılmış hiss edən kişi yüksək hədəflərə çatmağa qadirdir. Siz isə bunun qayğısına qala bilərsiniz.
Saysız-hesabsız tələblər və gözləntilər müsbət nəticələr verməyəcək. Qiymətli enerjini qalmaqallara və münasibətlərin aydınlaşdırılmasına xərcləməyə dəyməz, yaxşısı budur ki, onu öz inkişafınız üçün işlədin. Sizə zövq və əlavə mənfəət gətirən sərfəli məşğuliyyətlər tapın. Onda siz həm ailə büdcəsinin artırılmasına kömək edəcək, həm də öz potensiallarınızı da inkişaf etdirəcəksiniz.
Ərinizin gəlir səviyyəsindən asılı olmayaraq həyatdan zövq almağa və sevinməyə çalışın. Onda sizin həyat keyfiyyətiniz də yaxşılığa doğru xeyli dəyişəcək, sizin kefiniz və əhvalınız maddi dəyərlərdən və puldan asılı olmayacaq. Lakin həyatın maddi tərəfini yaxşılaşdırmaq istəyirsinizsə, bu halda şikayətlənməyin, həyat yoldaşınızdan pul tələb etməyin, qınamayın və tənqid etməyin. Əvəzində onu ruhlandırın və yeni nailiyyətlər əldə etməsinə kömək olun. Məhəbbət və inam hər bir kişi üçün ən yaxşı stimul rolunu oynayacaq.