Dünyanın ən yaxşı içkiləri - SİYAHI
ABŞ alimləri ən faydalı, həmçinin idmanla məşğul olan adamların imtina etməsi lazım gələn içkilərin siyahısını tərtib ediblər.
Mynews.az-ın Sputnik-ə istinadən verdiyi xəbərə görə, ən faydalı içkilərin reytinqində birinci yeri adi içməli su tutur.
Alimlər qeyd ediblər ki, insan orqanizmi normal fəaliyyət göstərmək üçün zəruri ölçüdə maye qəbul etməlidir. Ən yaxşısı budur ki, həmin maye orqanizmə təmiz su şəklində daxil olsun. Tədqiqatçılar qeyd edirlər ki, idmançılar üçün təmiz suyun qəbul edilməsi xüsusilə vacibdir. Mineral sular da xeyirlidir. Bu sular qana zəruri duz və mineralları daxil edir.
Tərkibində az miqdarda şəkər və duz olan içkilər də faydalıdır. Lakin onlardan sui-istifadə etmək düzgün deyil. Artıq birmənalı şəkildə təsdiq olunduğu kimi, belə içkilər çəki artımına səbəb olurlar.
Xüsusilə, idmanla məşğul olan gənclər arasında populyar olan kokteyllər və qatışıqlar orqanizm üçün zərərlidir. Onlar çəkinin artmasına və piy toxumalarının həcminin genişlənməsinə səbəb olurlar. Belə içkilər, həmçinin dişlərə pis təsir edir və onların zədələnməsinə səbəb olur.
Tərkibində kofein olan enerji içkiləri də ziyanlıdır. Onlar aritmiyaya səbəb olur, güclü baş ağrıları verir, hətta nevrozun əsasını qoya bilirlər. Ona görə də, ən yaxşısı bu içkiləri, ümumiyyətlə, içməməkdir. Alimlər spirtli içkilərin məhdud şəkildə qəbuluna qarşı olmasalar da, onların hamısını bu və ya digər şəkildə zərərli hesab edirlər. Onların fikrincə, spirtli içkilər orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmağa kömək etsələr də, artıq içiləndə bir sıra daxili orqanların funksiyasına mənfi təsir göstərirlər.
Spirtli içkilərdən faydalılıq əmsalına görə, qırmızı şərab birinci yeri tutur. Pivə və təbii bitkilərdən alınan araqlar müəyyən xəstəliklərin müalicəsində bəzən əvəzolunmaz hesab edilir. Lakin onları həkimlərin məsləhətləri əsasında qəbul etmək lazımdır.
Bununla belə, elm adamları hesab edirlər ki, istənilən mayeni qəbul etməzdən əvvəl onun tərkibini araşdırmaq lazımdır - o maye dünyanın ən faydalı içkisi olan təbii bulaq suyu olmuş olsa belə.
Maraqlı
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq"
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Arvadını TikTok-da CANLIYA çıxardı: Kişilərin qadına dedikləri qarşısında ərin reaksiyası ŞOK ETDİ 1092 dəfə oxunub
- Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO 1058 dəfə oxunub
- Məşhur aparıcının sümükləri əriyir 1050 dəfə oxunub
- Son dəqiqə! Fulya Öztürk canlı yayımda hücuma məruz qaldı - ANBAAN VİDEO 1000 dəfə oxunub
- Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir - İlham Əliyev 940 dəfə oxunub