Kasıb qızla varlı oğlanın film kimi hekayəsi Bakıdakı toydan - FOTOLAR

1423
Kasıb qızla varlı oğlanın film kimi hekayəsi Bakıdakı toydan - FOTOLAR

Tanınmış şairə Nazilə Səfərli Novxanıdakı dəbdəbəli bağ evindən gəlin köçürüb.

Bu barədə Cebhe.info-ya danışan N.Səfərli bildirib ki, xaricdə yaşayan azərbaycanlı xanımlardan biri xınayaxdı mərasimini məhz onun aparmasını istəyib:

“Bu günə kimi çox xınayaxdı mərasimlərini təşkil etmişəm. Vəzifəli insanların da, dövlətlilərin də, imkanı olmayanların da övladlarının həm toy, həm xına mərasimində aparıcılıq etmişəm, komandamla birgə şənlik təşkil etmişik. Amma belə maraqlısı olmamışdı. 1 ay öncə mənə Türkiyədən zəng gəldi.  Dedi adım Güneldir, istəyirəm ki, xınamı siz edəsiniz. Dedi ki, uşaqlıqdan arzu etmişəm ki, xınamı məhz Nazilə xanım aparsın. Günel dedi ki, mən birinci dəfə Zaurun verilişinə çıxıb, xına yaxanda anasına deyib ki, xınasını  məhz mən yaxacağam. Anası tibb bacısı işlədiyi üçün köks ötürüb, ürəyində bunun mümkünsüz olduğunu düşünüb.  Əziyyətlə anası bu qızı böyüdüb. Bir gün qız xalası qızı ana olduğu üçün Türkiyəyə gedib, iş adamı olan bir oğlan qıza aşiq olub.

Qız açıq-saçıq geyinən olub, oğlan isə qatı dindar. Amma oğlan deyib alacağam səni. Yeni il gecəsi İstanbulda terror olan klubda bu qızla oğlan bayram keçiriblər. Özü də ki, qızın təkidi ilə həmin məkana gediblər. Atışmada hər ikisi vurulub, ancaq stolun altında gizlənə biliblər. Atışma bitdikdən sonra bunlar gizləndikləri yerdən çıxıblar və görüblər ətraflarında ölülər və ağır yaralılar... Qız oradaca qərarını verib, oğlana deyib mən sənə ərə gəlirəm və başımı da bağlayacağam. Sadəcə şərt qoyub ki, toyumu Azərbaycanda et və səhəri günü sənin ailənin yanına  hicablı qayıdacağam. Və belə bu cütlük ürəyimə o qədər yatdı ki, xınayaxdı mərasimlərini də bağımda etdim, hələ  mənə elə bahalı hədiyyələr gətirmişdilər ki, düşündüm ki, onlara toy mərasimlərinin açılışını da hədiyyə edim. Hətta qızı öz bağımdan gəlin köçürdüm. Ən maraqlısı səhəri gün o gəlinlikdən sonra qapanıb, ailəsi ilə halallaşıb və Türkiyəyə hicabda gedib. Təki bütün subaylar xoşbəxt olsun, biz də toylarında bax belə yüksək səviyyədə iştirak edək”. 

 

Xəbər lenti