Bakıda qatar yolu əksər hallarda ora qəsdən və ya təsadüfən çıxanlar üçün son məkana dönür. Lakin bu dəfə qatarın maşinisti həmin stereotipi darmadağın edib və gözəlliyin hətta 100 tonlarla dəmirə qalib gəldiyini göstərib.
Mynews.az xəbər verir ki, bu gün Sabunçu rayonu ərazisindən keçən dəmir yolu xəttində gənc qızın hərəkəti criminal.az saytının kamerasına düşüb. Bakıxanov qəsəbəsində cavan qız dəmir yolu reysinin yaxınlığında oturur. Qatar gələn zaman isə reysin üzərinə çıxaraq selfie çəkməyə başlayır. Qatar onun bir neçə metrliyinə kimi yaxınlaşıb siqnal versə də, qız buna əhəmiyyət verməyərək selfi çəkməkdə davam edir. Sonra isə reysdən çıxaraq kənarda oturur.
Bu zaman maşinist, deyəsən, lokomotivi ''VAZ-2107'' ilə səhv salmışdı, qatarı saxlayır və başını elektrovozun pəncərəsindən çıxardaraq qızla söhbət etməyə başlayır. Qız isə başını aşağı salaraq ona əhəmiyyət vermir. Bir neçə saniyəlik söhbətdən sonra qatar yoluna davam edir.
Məsafə uzaq olduğundan maşinistin qızı lokomotivə dəvət etməsi və ya tənbeh etməsi başa düşülmür.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub