“Google” axtarış sistemində üçüncü dünya müharibəsi (World war 3) haqqında sorğular tarixi maksimuma çatıb. İKT.lent.az-ın xəbərinə görə, bu barədə axtarış sorğularını təhlil edən “Google Trends” veb əlavəsinin məlumatında deyilir.
Əvvəlcə istifadəçilər ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri və Rusiyanın buna reaksiyası haqda xəbərlərdən narahatlıq duyublar. Sonra ABŞ və Şimali Koreya arasında gərginliyin artması fonunda qorxular daha da güclənib.
Üçüncü dünya müharibəsi mövzusu ilə yanaşı, “Tramp müharibə” ("Trump war") və “Suriya müharibə” ("Syria war") kimi sorğular da populyar olub.
“Google Trends”in məlumatına əsasən 3-cü dünya müharibəsi barədə sorğuların bundan əvvəlki pik nöqtəsi 2015-ci ilin noyabrına təsadüf edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub