Filippin prezidenti Dutertenin təlimatıyla tutumu 5 qat artırılan "ittihamla döyüş" həbsxanaları dolub-daşır. 3 min 800 məhkumun qaldığı həbsxanadakı ürək ağrıdan görüntülər obyektivlərə əks olunub.
Filippinin ən çox məhkumu olan həbsxanalarından biri "Quezon Siti"yə girən fotoqrafın çəkdiyi fotolar tük ürpədib.
Təxminən 60 il əvvəl 800 məhbus üçün inşa edilsə də, hal-hazırda orada 3 min 800 məhkum saxlanılır.
Filippinin paytaxtı Manilada yerləşən həbsxanadakı məhkumlar yatmaq, hərəkət etmək üçün boş bir yer üçün mübarizə aparırlar.
130 adamla eyni tualeti paylaşdığını söyləyən Mario Dimakulanqan adlı məhkum: "Çoxu dəli olur. Həddindən artıq sıxlıq var. Ən kiçik bir hərəkətdə kiməsə, ya da nəyəsə toxunuruq", - deyib.
Yeməklərindən paslı mismar və ölü böcəklər çıxmağına vərdiş edən məhkumlar bir yandan da havasızlıq və susuzluqla mübarizə aparırlar.
Filippindəki həbsxanaların son zamanlar bu qədər məhbusla dolmasının bir səbəbi də ölkənin yeni prezidenti Rodriqo Dutertenin cinayətkarlıqla bağlı qəbul etdiyi yeni qanunlardır.
Ölkəni narkotik ağuşundan xilas etməyi qarşısındakı prioritet olaraq açıqlayan Dutertenin təlimatlarından sonra həyata keçirilən əməliyyatlar çərçivəsində bir ay içində yüzlərlə insan qətlə yetirilib, minlərlə cinayətkar isə saxlanılıb.