Yaşlı qohumlarına baxmaq məcburiyyətində qalan 5 yaşlı uşağın ürəkdağlayan hekayəsi - FOTOLAR

696
Yaşlı qohumlarına baxmaq məcburiyyətində qalan 5 yaşlı uşağın ürəkdağlayan hekayəsi - FOTOLAR

5 yaşlı uşaqların çoxu günlərini uşaq bağçasında və ya həyət-bacada oyun oynayaraq keçirərkən Çinin cənub-qərbində yaşayan  Anna Vang adlı qızcığaz nənəsinə və nənəsinin anasına qulluq edir. Anna bu iki yaşlı qadının yeganə baxıcısıdır. Heç bir uşağın dözmək məcburiyyətində olmadığı baxıcı roluna Annanı həyat şərtləri sürükləyib. 

Atası Anna hələ 3 aylıq olarkən bilinməyən bir səbəbdən həbsxanaya düşüb. Annanın yenidən ərə gedən anası isə qısa müddət sonra azyaşlı qızını xəstə və yaşlı qohumlarının yanında qoyaraq tərk edib. Zuyinin uzaq dağlarında, şiddətli oynaq problemləri yaşayan nənəsinin və nənəsinin 92 yaşlı anasının yanına atılan Anna yaşlılar üçün qida toplamaq, yemək bişirmək, təmizlik etmək, hətta qohumlarını tualetə aparmaq kimi işləri görmək məcburiyytəində qalıb. Balaca Anna yatağa məhkum olunmuş qohumlarına qulluq edir, onları yuyundurur, qayğılarına qalır. 

Ailə Çinin cənub-qərbində yerləşən Zuyinin uzaq dağlarındakı sadə, balaca bir evdə yaşayır. Anna vəzifələrini yerinə yetirmək üçün hər səhər erkəndən qalxır. Ona kömək edəcək başqa bir ailə üzvü, dostu yoxdur. Sadəcə səxavətli bir qonşusu fermasından Annanın tərəvəz toplamasına icazə verir. Anna topladığı tərəvəzlərdən müxtəlif xörəklər hazırlamağı bacarır. Qızcığaz yeməkləri hazırlayarkən stulun üstünə çıxır və balaca bədənini ocağın üzərinə doğru uzadır.

Anna bütün bunları etmək istədiyi və ailəsinin sağlam olmasını istədiyi üçün etdiyini deyir. 

Annanın yayılmış kədərli fotoları itmiş və unudulmuş bir uşaqlıqdan xəbər verir. Atasının bir şəkli isə oğurlanmış uşaqlığından əlində qalan yeganə şeydir.

Mynews.az Moderator.az-a istinadən qızcığazın yerli media qurumlarından birinin çəkdiyi fotolarını təqdim edir: 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti