İnsanlar bu dünyada hər şeydən çox öz övladlarını sevir və onların həyatında yalnız yaxşı hadisələrin baş verməsini istəyir. Ancaq nədənsə çoxları elə düşünür ki, uşaqları tez-tez qucağa almaq yaxşı hal deyil. Batil inanclara görə, bununla uşaq daha ərköyün olur, loru dildə desək, korlanır. Maraqlıdır ki, buna indiyə qədər çoxları inanır və əməl edir.
Mynews.az-ın xarici mətbuata istinadən məlumatına görə, tədqiqatlar sübut edib ki, uşağı qucaqlamaq onun inkişafı və həyati üçün çox vacibdir.
Bunun bağlı Ohayo ştatında ümummilli uşaq xəstəxanasında araşdırma aparılıb. Alimlər 125 körpənin reaksiyasını öyrəndikdən sonra belə qənaətə gəlib ki, qucaqlaşma körpənin beynində xüsusi hissi formalaşdırır. O, sosial və emosional əlaqələrin qurulması, həmçinin sinir sisteminin vaxtında inkişafı üçün lazımdır. Çünki körpənin inkişaf etməmiş görmə sistemi səsdən və təmasdan çox asılıdır.
Tədqiqatçılar yeni doğulan körpələrin bu əlaqəyə münasibətini öyrənmək üçün onların beyninin reaksiyasını qiymətləndirib. Körpə valideynlərilə nə qədər çox təmasda olubsa, bir o qədər güclü reaksiya verib.
Tədqiqatçı həkimlərdən biri Nataliya Maytrenin sözlərinə görə, anaların uşaqların dərisinə toxunması onun beyninin inkişafı üçün çox vacibdir: “Valideynlərin yeni doğulan körpənin inkişafı üçün edə biləcəyi ən bəsit və faydalı şey onun zərif dərisinə toxunmasıdır”.
Araşdırmanın nəticələri “Biology Current” jurnalında dərc olunub.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub