Bir çox ölkələrdə, o cümlədən Türkiyədə eşşək südü inək və ya keçi südündən dəfələrlə baha qiymətə, litri təqribən 50-60 manata satılır. Bir çox mütəxəssislər də təsdiqləyir ki, eşşək südündən hazırlanan ağartı min bir dərdin dərmanıdır.
Fermerlərin sözlərinə görə, eşşək südünün qiymətinin son illər qalxmasına səbəb tələbin çox olmasıdır. Onlar artıq öz fermalarını genişləndirmək üçün yeni heyvanlar alırlar. Deyilənə görə, eşşək südü sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitədir. Maraqlıdır, Azərbaycanda eşşək südünün qiyməti neçədir? Ümumiyyətlə, bizdə bu işlə məşğul olan fermalar varmı?
Mynews.az xəbər verir ki, cebhe.info suallara cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxlayıb.
Y.Xanvəli sözügedən sayta açıqlamasında Azərbaycanda belə fermaların olmadığını deyib: "Azərbaycanda belə ferma yoxdur. Amma ayrı-ayrı şəxslər bu heyvanı saxlayır. Südün qiyməti ilə bağlı dəqiq informasiyam yoxdur, amma eşşək südündən hazırlanan pendirin bir kilosu 58 manatdır".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub