Bu dünyanın özü kimi çılğın olan əhalisi şöhrət üçün indiyədək çox şeyə əl atıb. Amma beləsi heç olmamışdı.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, rəsmləri ilə adını tanıda bilməyən fransalı rəssam Abraam Puenşeval toyuq kimi kürt yataraq yumurta çıxarıb. Həm də muzeydə! On gün qapalı şüşə arxasında, içərisində on yumurta olan xüsusi oturacaq-qabda əyləşib. Beləliklə yumurtaları qızdıraraq onların cücəyə çevrilməsini səbirlə gözləyib. Bu müddətdə yalnız gün ərzində 30 dəqiqə oturduğu yerdən uzaqlaşıb.
Fransanın gözü aydın, deyirlər bu gün sonuncu yumurtadan da nur topu kimi cücə çıxıb. Rəssam özü isə əməlini belə izah edir: “Bilmək istədim ki, toyuq bala çıxardanda nə hiss edir”.

publika.az
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub