Həbsxana həyatı yaşayan Sergey Strilayevin sevgi hekayəsi hər kəsin diqqətini çəkib.
Mynews.az BAKU.WS-ə istinadla xəbər verir ki, ömürlük həbs cəzasına məhkum edilən gənc həbsxanada ailə həyatı qurub. ARB TV-də yayımlanan “Rezonans” verilişi artıq bir övlad sahibi olan cütlüyün həyat hekayəsindən bəhs edib. Sergey Strilayev bildirib ki, xanımı onun ömürlük həbsdə qalacağını bilə-bilə ona ərə gəlib.
Bir övladlarının olduğunu söyləyən Sergey Strilayev onu üzünü 3 aydan bir gördüyünü və çox darıxdığını bildirib.
Qeyd edək ki, Sergey Strilayev həbsxanada yeni yazdığı kitabın təqdimatını da edib.
Məlumat üçün bildirək ki, o, iki qonşusunun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilib. Bu hadisə 1997-ci ildə baş verib. O vaxtdan Strilayev gücünü qələminə verib. Ötən 20 il ərzində 5 şeirlər külliyyatı, həmmüəllifliyi ilə qəzet, jurnal və internet saytlarında onlarla seçilmiş əsəri dərc olunub. Şeirləri təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da müsbət əks-səda doğurub.
2006-cı ildə Strilayevin “Qışqıran ürək” adlı ilk, 2007-ci ildə “Tale yamacında” adlı növbəti kitabı çap olunub. Onun yaradıcılığı Yazıçılar Birliyi tərəfindən gənc və istedadlı şairin dünyaya gəlişi kimi qeyd edilib. 2008-ci il mayın 16-da Qobustanda iki kitabın təqdimatı keçirilib. Tədbirdən yerli telekanallarla yanaşı, “Yeni Azərbaycan” və “Xalq qəzeti” də yazıb, “Literaturnıy Azerbaydjan” jurnalında onun şeirləri dərc olunub.
Strilayevin əsərlərinin Rusiya, Ukrayna, Moldova, Polşa, Almaniya və İsraildə böyük tələbata malik olduğu bildirilir. Yazıçılar Birliyinin üzvləri isə onun şeirlərinin Sergey Yeseninin poeziyasını xatırlatdığını bildirirlər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub