Açılış Mərasiminə üç həftə qaldığı bir zamanda Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) Oyunları tanıtdırıcı qısametrajlı reklam filmi hazırlayıb.
12-22 may tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək oyunlardan öncə həmin film dörd qitəni əhatə edən 50-dən çox ölkədə yayımlanacaq.
Milyonlarla televiziya tamaşaçısının seyr edə biləcəyi bu qısametrajlı reklam filmi ruhla bədənin vəhdətində mükəmməlliyin ehtiramla bayram edilməsi, İslamda birlik, Azərbaycanın ölkə və xalq kimi mədəniyyəti və irsinin beynəlxalq səviyyəli çoxnövlü idman tədbiri ilə tərənnümü üzərində qurulub.
Film paytaxtın ən tanınmış yeni və müasir mematlıq nümunələri ətrafında çəkilib: Heydər Əliyev Mədəniyyət Mərkəzi, Alov Qüllələri və füsunkar Heydər Məscidi. Film həmçinin, ilham mənbəyini Azərbaycanın mədəni irsi olan, YUNESKO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edlimiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun bizim eradan əvvəlki dövrlərə məxsus qayaüstü rəsmlərindən götürüb.
Azərbaycan mədəni irsinə ehtiramın digər nümunəsi musiqidə əksini tapıb. Melodiya ənənəvi kollektiv rəqs olan Yallının Qobustan ərazisində tapılmış, eramızdan əvvəlki dövrə məxsus zərb aləti Qavaldaşla çalınmasından qaynaqlanır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub