Əvvəl kişi olmuş "qadın": "Əsl kişi axtarıram"

970
Əvvəl kişi olmuş "qadın": "Əsl kişi axtarıram"

"Kişiləri ancaq qısamüddətli münasibət maraqlandırır. Daha doğrusu, onlar mənimlə gecə keçirərək yollarımızı ayırmaq istəyirlər. Mənə isə belə münasibətlər gərək deyil. Əsl eşq arayıram. Sevgi, məhəbbət... Hələ tapmamışam".

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Avstraliyanın Pert şəhərində yaşayan 46 yaşlı Kelli Star transgenderdir. Maykl kimi doğulub, 16 yaşında cinsini dəyişib, qadın olub. Cinsiyyətin dəyişdirilməsi ilə bağlı 127 dəfə cərrahiyyə əməliyyatına məruz qalan, həmin əməliyyatlara 300 min dollar xərcləyən Kelli indi tək yaşadığını, amma ərə getmək, ailə qurmaq arzusunda olduğunu söyləyib.

12 ildən bəri tək yaşadığını vurğulayan Kelli Star bəxtəvər ailə həyatı arayır.

"Həyatım boyu kişilərin diqqət mərkəzində olmuşam. Onların maraqlarını həmişə hiss etmişəm. Lakin yaşamımı birlikdə sürəcəyim, şad və çətin günlərimdə yanımda olacaq insan arayıram, - K.Star söyləyib. - Kişilərin tam əksəriyyəti üçün əvvəl kişi, sonra qadın olan şəxslə gecə keçirmək maraqlıdır. Belə maraq məni iyrəndirir. Əsl kişi axtarıram".

Kelli Starın sözlərinə görə, son sevgi münasibəti 2005-ci ildə bitib: "Bəxtəvər idim, ailə quracağımı düşünürdüm. Lakin sevgilimin valideynləri və ailə üzvləri əvvəllər kişi cinsli olduğumu biləndə qalmaqal qopdu, sevgilim də məndən ayrıldı".

Onun sözlərinə görə, uşaq olanda üç qardaşı ilə yox, iki bacısı ilə oynamağa üstünlük verirdi. 15 yaşında isə qadın paltarı geyinməyə başlayıb və "batinində qadın olduğunu" anlayıb.

16 yaşına çatanda valideynlərindən xəbərsiz, gizli şəkildə hormonal preparatlar qəbul etməyə başlayıb, sonra Melburna köçərək cinsiyyətin dəyişdirilməsi məqsədilə cərrahiyyə əməliyyatına məruz qalıb.

18 yaşı olanda rinoplastika və sinə implantatlarının transplantasiyası əməliyyatlarına 5 min dollar xərcləyib. Sonra illər keçib, belə əməliyyatların sayı 127-yə, sərf olunan məbləğ isə 300 min dollara çatıb.

Xəbər lenti