"Sultan" Ərdoğanın dəbdəbəli sarayı - 1100 otaq və 9 milyon dollarlıq xalçalar - FOTOLAR
Türkiyədə konstitusiya dəyişikliyini nəzərdə tutan referendumdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri daha da artıb.
İstiPress “Daily Mail”ə istinadən xəbər verir ki, referendumdan sonra britaniyalı jurnalistlər Rəcəb Tayyib Ərdoğanın böyük iqamətgahı haqda yeni təfərrüatlar əldə ediblər.
Türkiyənin paytaxtı Ankarada yerləşən “Ağ Saray” rezidensiyası 1100 otaqdan ibarətdir və onun 250-si Rəcəb Tayyib Ərdoğan və onun ailəsinin istifadəsinə verilib.
Jurnalistlərin məlumatına görə, “Ağ Saray” son 100 ildə dünyada tikilmiş ən möhtəşəm saraydı. Onun sahəsi Ağ evdən təxminən 50 dəfə böyükdür. Sarayın tikintisinə 600 milyon dollardan çox vəsait xərclənib. İqamətgahda olan yalnız xalçaların qiyməti 9 milyon dollara bərabərdir. 3 metr hündürlükdə 400 cüt ikiqatlı qapılar 6,2 milyon dollara başa gəlib.
Binanın isidilməsinə hər mövsüm 620 min dollar xərclənir.
Qeyd edək ki, saray 3 ilə tikilib. Tikinti 2014-cü ildə başa çatıb. Ağ Saray ekoloji təmiz sahədə tikilib, bunun üçün yüzlərlə ağac kəsilib.
Maraqlı
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq"
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Prezidentin nəvələri Mesut Özillə görüşdü 1147 dəfə oxunub
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub" 1142 dəfə oxunub
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb 1110 dəfə oxunub
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR 1016 dəfə oxunub
- Çağırışdan yayınanlar əsgər göndərilir - Adlar təqdim edildi 994 dəfə oxunub