Günü tezdən başlayanlar üçün 5 tövsiyə

627
Günü tezdən başlayanlar üçün 5 tövsiyə

1. Tez yatın: Günü tezdən başlamağın ilk yolu təbii ki tez yatmaqdır. Gününüzü daha məhsuldar hala gətirmək üçün tez yatmaq və tez oyanmaq vərdişini təmin etmənizdə fayda var. Günə nə qədər erkən başlanarsa, o qədər çox iş həll etmək şansınız olar.

2. Oyananda bir stəkan limonlu su və alma: Səhər qalxında dərhal ayılmaq üçün bir neçə damla limon sıxılmış bir stəkan ilıq su və bir alma yemək kifayətdir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, alma qəhvədən daha çox kafein ehtiva etdiyi üçün günə sürətli başlamada daha sağlam və təsirli bir üsul sayılır. Limonlu su isə maddələr mübadiləsini sürətləndirərək günə daha canlı başlamanıza kömək edir.

3. Yatmadan əvvəl duş qəbul edin: Yatmaqdan əvvəl duş qəbul etmək, həm daha rahat bir yuxu yatmanızı təmin edər, həm də səhərlər duş qəbul etmək üçün vaxtınızı əbəs yerə sərf etməyinizin qarşısını alar. Yatmaqdan əvvəl alınan duş sayəsində rahatlayan bədəniniz daha rahat yuxuya getmənizə və vaxtında oyanmanıza köməkçi olur.

4. Ediləcək işlərin siyahısı tutun: Günə erkən başlamaq və zamanı məhsuldar keçirmək üçün ertəsi gün etməniz lazım olan işləri yazmaq yaxşı bir fikirdir. Ediləcək işlərinizə detalları unutmamaq üçün bir siyahı tutmaq həm sizə vaxta qənaət olaraq geri dönər, həm də daha rahat bir yuxu yatmanızı təmin edər.

 

5. Pərdələrinizi açıq rəng seçin: Səhərlər günəş işıqlarıyla oyanmaq çox gözəl bir hissdir. Günəşin enerjili şüaları sayəsində günə erkən başlaya və özünüzü daha canlı hiss edə bilərsiniz. Bu səbəblə yataq otağınızda pərdə rəngini açıq rəng seçmənizdə fayda var.

Xəbər lenti