Burada kişilər gün ərzində heç bir iş görmürlər. Bütün işlər qadınların çiynindədir. Amma qadınlar gün ərzində işləsələr də, gözəlliklərinə son dərəcə önəm verirlər.
Mynews.az Efiopiyanın cənub-qərb düzənliklərində yaşayan Suri qəbiləsinin maraqlı adət-ənənələrini təqdim edir.
Bu qəbilədə subay qadınlar gənc yaşlarında dodaqlarını deşdirər içərisinə boşqab yerləşdirirlər. Boşqab nə qədər böyükdürsə, bu həmin qadının o qədər dəyərli olduğunu göstərir.
Kişilər isə qadınlar qədər göstərişə önəm vermirlər. Suri qəbiləsi Dongo adlı döyüşləri ilə məşhurlaşıb. Bu döyüşün məqsədi isə əks cinsin diqqətini çəkməkdir.
Döyüşdən əvvəl kişilər ağac oyuğunda hazırlanmış xüsusi içkini içər və səhərə qədər başqa heç bir qida qəbul etməzlər.
Döyüş başlamazdan əvvəl isə inək sidiyi ilə yuyulan qaba inək qanını töküb içərlər. İnəkdən qan alınanda onu öldürməz, sadəcə bədəndə açılan kiçik deşikdən qanı çəkər, sonra da yerinə palçıq vurarlar.
Döyüş ərazisindəki qadınlara yaraşıqlı görünmək üçün bədənlərini rəngləyərlərlər. Bununla da daha iddialı görünərlər.
publika.az





1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub