Bu gün Fransada prezident seçkilərinin ilk turu keçirilir.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, seçkinin ən diqqət çəkən namizədlərindən biri olan Emmanuel Makron tez-tez xanımı ilə də gündəmə gəlir.
Belə ki, o, həyat yoldaşından nə az, nə çox 24 yaş kiçikdir. Onların sevgi tarixi də xüsusi diqqət çəkir. Emmanuel 17 yaşında müəlliməsinə (hazırkı həyat yoldaşı) aşiq olub. Müəlliməsi Brigitte Trogneux isə həmin vaxt evli idi. Gənc namizəd illər keçsə də, sevgisi uğrunda mübarizəsini davam etdirib. Və o, evlənmək üçün müəlliməsinin boşanmasını gözləyib.
Nəhayət, 2007-ci ildə cütlük nikah bağlayır.
Brigitte Trogneux isə Makronun ona olan sevgisini bu sözlərlə ifadə edib: "Dedi ki, nə edirsən et, səninlə evlənəcəyəm".
Hazırda Fransada prezident postuna ən real namizədin 39, həyat yoldaşının isə 56 yaşı var.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub