Cənubi Kaliforniya Universiteti ailədə münaqişə olacağını proqnozlaşdıran daşınan sensorlar üzərində işləyir. Smartfon sensorlardan toplanmış informasiyanı təhlil etdikdən sonra mümkün münaqişə və onun həlləri barəsində məlumat verir. Laboratoriya şəraitində sınaqdan keçirilən layihənin yaradıcıları könüllülərə sual veriblər. Hər bir iştirakçı sualları cavablandırıb və anonim şəkildə problemlər haqda danışıb və bunun sayəsində tədqiqatçılar xeyli informasiya toplayıblar.
"Biz sensorlardan bioloji siqnalları (bu, informasiya mənbəyidir) toplayırıq" – tədqiqatın həmmüəllifi Teodor Çaspari deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, sensorlar bədənin hərarətini, nəbzi və tərləməni müəyyənləşdirib. Daşınan qurğu iştirakçıların danışıqlarını yazıb, müsahibənin sayını və məzmununu müəyyənləşdirib. Toplanılmış məlumatlar əsasında süni intellekt 86% ehtimalla münaqişəli vəziyyətləri düzgün təyin edib.
İstehsalçılar, həmçinin mübahisənin başlanmasından 5 dəqiqə öncə onun qarşısını almaq üsullarının axtarışı üçün alqoritmdən istifadə edirlər. Nəzəri cəhətdən zəruri proqram təminatını kommersiya tipli daşınan elektronikaya inteqrasiya etmək olar, amma alimlər bunu çətin tapşırıq hesab edirlər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub