Allah Təala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun

709
Allah Təala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun

Üzüyün qaşının nə olması daha yaxşıdır? Hədislərimiz bizə bununla bağlı bəzi tövsiyələr verir. O cümlədən, Həzrət Peyğəmbər (s) buyurur: "Ələ yaqutdan olan üzük taxmaq - yoxsulluğun aradan getməsinə səbəb olar. O kəs ki, əqiq üzük taxar - ümid vardır ki, aqibəti xeyirli olsun".

İmam Əli (ə) buyurur: "O kəs ki, əqiq üzük taxar, Allah aqibətini imanla sona çatdırar".
İmam Sadiq (ə) buyurur: "Əlinizə əqiq üzük taxın ki, əqiq ilk dağ olmuşdur ki, Allahın rübubiyyətinə, Peyğəmbərin (s) nübuvvətinə və İmam Əlinin (ə) vəsiliyinə etiraf etmişdir. Bu, o dağdır ki, Allah Təala Musa (ə) ilə danışmışdır. O kəs ki, əqiq üzüklə namaz qılar, savabı başqa üzük taxan insanın savabından 40 dəfə çox olar". (Tebyan)
Mynews.az deyerler.org-a istinadən bildirir ki, Süleyman Əmaş nəql edir: "İmam Sadiqlə (ə) bir yerdə Mənsurun evində idik. Şallaq dəyən insan evdən bayıra çıxdı. İmam buyurdu: "Ey Süleyman! Onun üzüyünün qaşına nəzər sal!". Dedim: "Ey Allahın Rəsulunun oğlu! Üzüyünün qaşı əqiqdən qeyrisidir". İmam (ə) buyurdu: "Ey Süleyman! Əgər qaşı əqiq olsaydı, şallaq yeməzdi". Dedim: "Daha çox məlumat verin". Buyurdu: "Əqiq qaş öldürülməyə qarşı təhlükəsizlik verir". Dedim: "Daha çox məlumat verin". Buyurdu: "Allah Təala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun. O, hər bir bəladan qoruyandır. O, yoxsulluqdan amandır"".
İmam Sadiq (ə) buyurur: "Hər kim əlinə gümüş əqiq üzük taxar - yoxsul olmaz, xeyirdən savayı başqası ona çatmaz".
İmam Əli (ə) buyurur: "Əlinizə əqiq üzük taxın ki, sizin üçün mübarəkdir və hər bir bəladan amanda olacaqsınız".
İmam Sadiq (ə) nəql edir: "Bir nəfər Peyğəmbərə (s) şikayətə gəlir ki, yolkəsən ona hücum etmişdir. Həzrət (s) buyurur: "Məgər əlində əqiq üzüyün yox idi? Bu üzük hər bir pislikdən qoruyar"".
İmam Baqir (ə) buyurur: "Hər kim əlinə əqiq üzük taxar - o zamana qədər ki, əlində olar, yaxşılıq ona üz çevirər və Allah tərəfindən gözətçi olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim sarı yağut üzüyü əlinə taxar - yoxsulluğa düçar olmaz".

Xəbər lenti