Azərbaycanı kişi gimnastların yarışlarda Avropa Oyunlarının 5 qat mükafatçısı, Olimpiya Oyunlarının finalçısı Oleq Stepko bağ evini satışa çıxarıb.
Təmsilçimiz Şüvəlanda 2 mərtəbəli evini elan saytlarından birində satışa qoyub. 2015-ci ilin dekabrında tikilən villaya 205 min manat qiymət qoyulub. Dənizdən 10 dəqiqə məsafədə olan villanın 250 kv.m. tikili ərazisi var. Villada 3 yataq otağı, 1 böyük qonaq otağı, 3 sanitar qovşaq, həmçinin 2 avtomobil qarajı, böyük qarderob otağı var. İdmançımız villasını təcili olaraq satdığını qeyd edib.
Qeyd edək ki, 2014-2017-ci illərdə Oleq Stepko Azərbaycan yığmasında çıxış edib. Oleq Stepko 2012 və 2016-cı illərdə Olimpiya Oyunlarına qatılıb. Ukrayna yığmasının heyətində, Yeniyetmələrin Olimpiya Oyunlarında iki qızıl və iki gümüş medal, Universiada Oyunlarında isə gümüş və bürünc medal qazanıb.
Azərbaycan yığmasının heyətində 2015-ci ildə baş tutan I Avropa Oyunlarına qatılan Oleq Stepko bir qızıl, iki gümüş və iki bürünc medala layiq görülüb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.



















1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub