Deyirlər ki, qısqanclıq məhəbbətin yol yoldaşı, eyni zamanda da zəhəridir. Qısqanclıq hamının qəlbinə hakim olan bir hissdir. Ancaq elə qisqanclıqlar var ki, münasibətlərin sona çatması ilə nəticələnir.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, bəziləri elə hesab edir ki, qisqanclığın yaranmasına səbəb elə inamsızlıqdır. Bir çoxlarının fikrincə isə qısqanclıq əsl sevginin əlamətidir. Qısqanclıq sevgi əlamətidir yoxsa inamsızlıq?
Məsələyə psixoloq Elnur Rüstəmov münasibət bildirib: “Qısqanclıq bütün canlılara xas olan isntinktdir. Qısqanclığın normal və patoloji səviyyəsi var. Normal səviyyədə qısqanclıq heç kimə zərər vurmur, ancaq patoloji qısqanclıq artıq bir xəstəlikdir. Patoloji qısqanclığa irsi faktorlar, uğursuz sevgi münasibəti, hətta zərərli vərdişlər (alkoqol, narkotik) də təsir edir”.
Psixoloq Elnur Rüstəmov əlavə edib ki, patoloji qısqanclıq səviyyəsinə gəlib çatanacan mütləq tədbir görmək lazımdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub