Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Möhtəşəm yüz il”də homeseksulizmlə bağlı səhnə üçün "Bizim elə ulu babalarımız yoxdur” deməsi ilə başlayan mübahisə həftələrdir ara vermədən davam edir. Ərdoğanın bu çıxışından sonra "Taraf" qəzeti tərəfindən hazırlanmış bir yazıda Osmanlı dönəmndəki əcdadlarının prezidentin hesab etdiyi qədər məsum olmadığı izah edilir.
Mynews.az Moderator.az-a istinadən Murad Bardakçının 1987-ci ildə çap olunan “Osmanlıda seks” kitabına əsaslanaraq hazırlanmış həmin yazını təqdim edir:
Adına kitab yazılmış Yemenici Bali Oğlan
1686-ci ildə hamamçılar kəndxudası olan İsmayıl Ağa tərəfindən qələmə alınmış “Dellakname-i Dil Küşa” adlı kitabda uzun bir mətn yer alır. İstanbulun məşhur hamamları və bu hamamlardakı "homoseksuallara bel bağı həll edən nazənin oğlanlar" haqqında danışan İsmayıl Ağanın bu kitabı qələmə almasının səbəbi də bir hamam oğlanı olub. Kılıç Ali Paşa hamamında "soyunarkən" İsmayıl Ağa tərəfindən çox bəyənilən Yemenici Bali Oğlan "Bir kitab yazasan, içində adımız keçə, tarixdə xatırlansaq" dedikdə İsmayıl Ağa İstanbuldakı 2123 "parlaq" homoseksualdan 11-ini seçərək onlar haqqında yazmağa başlayıb. Əlbəttə ki, başda Yemenici Bali Oğlan olmaqla. Nəticədə ortaya Osmanlının ən rəngli homoseksual mətnlərindən biri çıxıb. İsmayıl Ağanın yaraşıqlı sevgilisi İsmayıl Ağa "mahbüb-ü zibeydə" yəni "yaraşıqlı sevgili" - deyə anlatdığı Yemenici Bali Oğlan üçün belə deyir: "Hələ on beş yaşında və gözəllik tacı adının əvvəlində və bu günahkarın mürgü dili (könül quşu) yemenici oğlanın samur qaşında". Zavallı Yemenici qəddarlıqları ilə səs salmış 59-cu Yeniçərilərin yanında olub. Şahbaz bir yoldaşının altında ikən basqın veriləndə qovulub və Qılınc Ali hamamında soyunmağa başlayıb. Kəndxudasının deyimiylə "Amma camaat otağında, amma içəri xəlvətdə o nazlı oğlanın firuzə kasasını əjdər misalı dəmir paya millərlə oymuşlar". İsmayıl Ağa Yemenicinin hamama düşdüyü dövrdəki vəziyyət barədə də məlumatlar verib: "Gecə və gündüz səfəri 70 akçadır (xırda pul). 20 akça da dəllək alır. Gecə döşək yoldaşlığı 300 akçadır. Homoseksulın neçə dəfə taqəti çatarsa hər dəfəsi 300 akçadır."
Quldurların təcavüzünə məruz qalan Sipahi Mustafa bəy
Bir bəyzadənin könül əyləncəsi ikən küçələrə düşən Sipahi Mustafa bəy Mudurnu dağında "Qara Donuz" adlı bir quldura peşkeş çəkilir. İsmayıl Ağanın deyimi ilə quldur "Oğlancığı qıllı sinəsinə çəkib gözünün yaşına baxmadan gümüş günbəzinə dəmir zərbə vurub". Quldurun digər adamları da Sipahi Mustafa bəyə təcavüz etdikdən sonra zavallını "Yeriməyə taqəti qalmayanda bir yatağa atıb gediblər". Bu Sipahi Mustafa bəy də Fındıqlıdaki Müfti Əfəndi hamamında işləyib. Qız Softanın başına gələnlər Kitabda bəhs edilən hamam oğlanlarından biri də Qız Softa adlı Ürgüplü İsmayıldır. İstanbulda həmyerlisi Dağlı Mustafanın yanında qalarkən üç gecə bu niyyəti pozğun həmyerlisi "Oğlan sevişməsi yarı hiylədir (dostca bir oyundur) deyərək oğlancığı aladadaraq inandırıb, İsmayıl özündən gedənə qədər adam işini görüb.” Bu hadisədən sonra Qız Softa İstanbulda piştaxta arxasında, dükanda bir çox yerdə soyunmuş, nəhayət Yıldızbaba Hamamında belinə bel bağı bağlanmış. Kalyonçu Süleyman Kəndxuda əfəndinin "adəm əjdahası" - deyə anlatdığı Kalyoncu Süleyman rəğbət bəslənilən bir "toxmaxçıymış". Bir gün kafedə oturarkən Piyalepaşa hamamçısı ilə tanış olub. Hamamçı "Yaxşı, mənə sənin kimi şahbaz bir toxmaxçı lazımdır" – deyərək Süleymanı hamama işə götürüb. İsmayıl Ağa, bu adəm əjdahanın hamam rəftarını danışarkən sanki özündən keçmiş: "...Uzan bəyim, paşam- deyib neçəsinə baldır atar, tutduranda daldan müştərinin ayaqlarını öpər..."
Xınalıquzu Firuz
Əl və ayaq barmaqları xınalı olan Firuz Alban əsillidir. Bir həmyerlisi Firuzu hamama gələn homoseksuallara təqdim edərək əl öpdürüb. Hamamda baş verənləri anladan Kəndxuda Əfəndi Firuz üçün də qələmini danışdırıb: "Əfəndim, ortaqlıq yoludur. Alban şaki oğlanın başını tutmağım lazımdır - deyib Firuz boynuna qol kəməndini atıb. Eşq olsun o oğlanla yatana.”
İlk fahişələr
Murad Bardakçı yazır ki "İstanbul xalqı üçün seks qalmaqalları tez-tez rast gəlinən hadisələrdəndir. Heç bir vaxt da qarşısı alınmayıb". Kitaba görə, ilk fahişələrə Qanuni Sultan Süleymanın dövründə rast gəlinib. Murad Bardakçı kitabda Qanuninin dövründə İstanbulda məşhur olan ilk fahişələrin adlarını da verir: Arap Fatı, Giritli Narin, Atlıases Kamer, Kirteli Nefise və Balatlı Ayni. Bali Bəyin arvadının alfonslara düşkünlüyü Yavuz Sultan Səlim dövrünün milli qəhrəmanı olan Bali Bəyin arvadı isə alfonslara düşkünmüş. Varını-yoxunu gənc kişilərə verirmiş. Baş verənlər Yavuzun qulağına getsə də Bali Bəyin arvadı gənc kişilərlə məşğul olmaqdan əl çəkməyib.
Lesbian qonaqlığı
Murad Bardakçının kitabında Osmanlıdakı lesbian əlaqələrdən də danışılır. Ərəbcə "zərif" sözündən gəlmə "zürefa"nın "lesbian", "sevici" mənasında istifadə edildiyini bildirən Bardakçı bu marağın İstanbulda hər dövrdə,xüsusən də yüksək təbəqədə qiymətli olduğunu bildirir.
Osman Paşanın lesbian arvadı 1810-ci ildə Sadaret başçısı olan Osman Paşanın ən böyük zəifliyi İstanbulun ən adlı lesbianlarından biri olan arvadına həddən artıq bağlılığı olub. Arvadı bir qaraçı rəqqasəyə könül verib evdə xanımların iştirak etdiyi içkili, musiqili məclislər keçirəndə dedi-qodular baş alıb. Bu xəbər eşidiləndə saraydan "Arvadına sahib çıxmayan dövlətə heç çıxmaz" yazılı fərmanla Osman Paşanı dövlət vəzifəsindən çıxarıblar.