ABŞ-ın birinci xanımı Melaniya Trampla Argentina prezidentinin xanımı Xuliano Avadanı eleqant obrazları ilə göz oxşayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl 47 yaşını qeyd edən Melaniya Tramp vəzifəsinin başına qayıdıb. O, Birləşmiş Ştatların prezidenti Donald Trampla birlikdə Ağ evdə Argentina prezidenti Maurisio Makri və onun xanımı Xuliano Avadanı qəbul edib.
Rəsmi qarşılanma üçün Amerikanın birinci xanımı “Altuzarra”dan hərbiçi üslubunda kostyum seçib. Yubkanın və jaketin kənarlarına piton dərisi tikilib. M.Tramp obrazını “Graff” zərgərlik evindən olan brilyant üzüklə tamamlayıb.
Maraqlıdır ki, prezident seçkilərindən sonra birinci xanımı geyindirməklə bağlı dizaynerlər arasında mübahisə yaranmışdı. “Altuzarra” moda evinin təsisçisi Cozef Altuzarra yeni birinci xanım ilə əməkdaşlıqdan imtina edənlər cərgəsində idi. O, mətbuata verdiyi açıqlamada "Mən fikirləri ilə razılaşmadığım insanları geyindirmək istəmirəm”, - demişdi.